BÜTÜN AZƏRBAYCAN XALQINI RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM!

HAQQI SORANDIR



Qutarmayır düşmənin nə fitnəsi, fəsadı,

Döyüşdə məğlub olub, yuxusu yox əsəbdən.

Özü adın batırıb, daha dili qısadı,

Məğmundu, həm gücsüzdü, diş qıcırdır qəzəbdən.




Torpağıma gətirib rus eyləyincə ölkə,

Soydaşlarım qovuldu doğma yurd – yuvasından.

Torpağımda oturub, duyğusu türkə hikkə,

Xalqım qurtula bilmir erməni davasından.




Min cür tarix düzəldib bu saxtakar, yalançı,

Əli yetən hər daşa, divara xaçın çəkir.

Sırtıqlıqdı inancı, böyüklükdü amacı,

Yumruq başına encək , qısılıb için çəkir.




Sərhəddin o tayından qaldırıb vay – şüvəni,

Gizlənməyə yer gəzir cavabını alınca.

Qeyrətsiz, sürüşkəndi, yaman çoxdu sevəni,

Deyirlər vuruşarlar “sonuncu rus qalınca”.




Bu nə virusdu belə, bu nə mikrobdu belə,

İki yüz ildir gəlib sarıb güney Qafqazı.

Qurtarmır alçaqlığı, qapanıb fitnə, felə,

Kitabı şərəfsizlik, heç kəsilmir “avazı”.




Bu bədbəxt anlamır ki, türkün səbri böyüksə,

Ədalətə sadiqdir, zülmə divan qurandır.

Zalim taxta çıxıbsa, zülmün atı yeyiksə,

Dünyanı önə alıb bir gün haqqı sorandır.




Təvəkkül Goruslu. 28. 05. 2021
www.kafiye.net