DOĞMA   ÖVLAD 5

Hekayə

Qapının zənginə İlk olaraq çıxan Kamil oldu. O, qapını açar-açmaz dayanıb bir Təranənin bir də Kamranın üzünə baxdı. Onun baxışları Kamranın gəlişindən narazı olduğunu açıq-aşkar büruzə verirdi. Buna baxmayaraq özünü toparlayıb, Kamranla görüşdü və xoşgəldin edib, evə dəvət etdi.

-Nəriman, Nərgiz hardasınəz gəlin qardaşınızı gətirmişəm deyərək Təranə onların otağının qapısını döydü. Uşaqlar otaqdan çıxarkən ilk anaları ilə görüşdülər. Sonra isə yad baxışlarla Kamranı süzüb ona əl uzatdılar.

Nəriman qardaşını qucaqlasa da, Kamran ondan heç bir doğmalıq hissi duymadı.

Günlər keçdikcə Kamran bacı və qardaşına isinişsə də, öz doğma evi, ögey bildiyi ata-anası, nişanlısı Lalə gözləri önündən getmirdi. O, dəfəıərlə teleflnu əlinə alıb Laləni aramaq istəsə də alınmamışdı.

Çünki, Lalə onun nömrəsini elə ayrılan gündən də qara siyahıya atmışdı.

Günlər keçdikcə Kamranın darıxmağı daha da artırdı. Doğma anası Təranə xanım onun saçlarında əlini gəzdirsə də, Səmayənin əlini,

qucaqlasa da qollarını əvəz etmirdi. Kamran hiss eləmişdi ki, o, bu evə aid deyil. Çünki, bu evdə böyüməyib, bu ananın laylası ilə yatıb, nəvazişi ilə oyanmayıb.

Hər gün Səmayə və Aminin nəvazişi ilə yuxudan oyanan Kamraı artıq ya bacı-qardaşının dava-dalaşı, ya da ki, ögey atasının öskürəyi yuxudan oyadırdı.

Bir gün Kamran yuxudan oyanıb atası Aminə zəng etmək istədi. O, atasına yalvaracaq, ondan üzr istəyəcək və yenidən qəbul etdiyini öyrənib geri dönəcəkdi. Amma, zəng tuşuna basdıqda, operatorun səsi eşidildi.”Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb ya da əhatə xarici dairəsindədir.”

Kamran telefonu söndürərək üzü üstə yatağına uzanıb hönkürməyə başladı. Elə bu an qonşu otaqdan atalığı Kamilin səsini eşitdi. O, arvadını danlayır, danladıqca da səsini ucaldırdı.

-Sən nə vicdansız qadın imişsən Təranə. Sən gedəndə mənə dedin ki, oğlum məni axtarır gedib görüb qayıdacam. Amma gedib özünü gətirdi. Heç onu böyüdən validehinləri düşünmədinmi? Heç Allahın yoxdurmu sənin?

Hələ oğlunu demirəm. O da sənin kimi nankordu.

Təranə adəti üzrə özünü duruya çıxarmaq üçün səsini daha da qaldırdı.

-Mən görürəm sənin Kamrana olan ögey münasibətini. Yadındadırmı səninlə bərabər getdim uşaq evinə. Dedilər ki, övladlıq edilib.Ünvanı istədim vermədilər.

Kamil əlini stola çırparaq dedi.

Hə yadımdadır. Amma sən nə etdin, yenidən uşaq evinə gedib onlara yalvardınmı, uşağını geri istədinmi? Yox!

Sən o uşağı, o qapının önünə buraxanda, ürəyindəki ana sevgisini də buraxmısan qadın. Uşağı dünyaya gətirən deyil, ona sevgisini verən ana, ana sayılır. Sən o sevgini çoxdan itirmisən. Ərindən eşitdiyi bu sözləri Təranə həzm edə bilmir, səsini daha da yüksəltməyə çalışırdı.

Kamil isə deyirdi.Allahın olsun, günahı günah üstə gətirmə.Bu uşağı atmağın bir günah, bu yaşında valideyinlərindən qopardığın bir günah.

-Kamran mənim oğlumdur deyib bağıran Təranənin bu dəfə sözləri boğazında ilişib qaldı.Təbii ki, Kamilin məcburən dediyi sözlərdən sonra.

-Təranə, sən bunu otel odalarında eyş-işrətlə məşğul olduğun zamanlar düşünəcəkdin. Oğlunu o qapıya buraxıb nə işlərlə məşğul olduğunu xatırla. Səni mən arvad etdim. Bax, bu timsah göz yaşlarına o zaman məni də inandırdın. Səni şeytanlar içinə düşmüş mələk sandım. Sən demə elə ən böyük şeytan sən özün imişsən.

Gecələr yuxum ərşə çəkilir bu uşağın valideyinlərini düşündükcə.

Sənin nəyin əksikdi hə?

Oğlun da var qızın da. Niyə o yuvanı yıxdın niyə?

Kim bilir onlar indi nə vəziyyətdədir deyərək Kamil əlini ürəyinə apardı. Təranə onun qolundan tutmaq istədikdə isə, qolunu kənara çəkərək dedi.

Toxunma mənə. Kamran öz valideyinlərinə dönüncə toxunma. Anladınmı toxunma deyətək qapını çırpdı.

Kamran artıq etdiyi səhvin böyüklüyünü daha aydınlığı ilə hiss elədi. Amma necə deyərlər, “sonrakı peşimançılıq fayda verməz.”

********

Aminin ölümü, Səmayənin ürəyinə yeni və yeni olduğu kimi də, daha böyük zərbə vurmuşdu. O, bir gündə iki sevgisini itirmişdi. Sevgi dolu yuvası, indi bir matəm ocağına çevrilmişdi. Nə yaxşı ki, Lalə də var idi.

Lalə Səmayənin yanında çəkilmir, ona ürək-dirək verməyə çalışırdı.

Amin dünyasını dəyişən günü Lalə Səmayəyə, Kamrana xəbər verəkmi? dedikdə Səmayə buna razı olmamışdı.

Yox qızım lazım deyil. Oğlum öz xoşbəxtliyinə, illərin arzusuna qovuşub onu narahat etmə demişdi.

-Sən nə gözəl anasan Səmayə xala.

Sənin kimi ananı unudan oğul məni unutmazmı?

Lalə ürəyində hər gün bu sözləri təkrarlayırdı.

Onun üçün Kamrandan ayrılmaq, həyatdan ayrılmaq kimi idi. Gözlərindən axan mirvari damlalar, lalənin lalə yanaqlarını soldurmuşdu. O, artıq iki ananın övladı olduğundan ayaqda qalmağa, yaşamağa məcbur idi.

Səmayə, ömrünün getdikcə azaldığını hiss edirdi. O, həkim verən dərmanları belə içmir, öz Amininə qovuşmağa can atırdı.

-Səmayə ana, sən yenə də dərmanlarını içməmisən hə?

Lalə tez su gətirib dərmanları açaraq Səmayəyə içirməyə çalışdı. Səmayə əllərini Lalənin saçlarında gəzdirərək dedi. Lalə, gözəl gəlinim gəl otur yanımda sənə vəsiyyətimi edim.

Lalə bu sözlərdən diksinərək ona sus işarəsi verdi.

-Sən nə danışırsan Səmayə ana, sən yaşayacaqsan. Lazım gəlsə ömrümün sonuna qədər sənə baxaram.

Səmayə gülümsəyərək onun sözünü kəsdi.

-Eşit məni qızım.

Bax, mənim arzularımın əks olunduğu dəftər səndədir. Bu son arzumu da ora qeyd elə.

Kamran qayıtsa onu bağışlayacaqsan, onunla evlənib, bu gün matəmə bürünmüş bu sevgi dolu evin çırağını yandırıb, yenidən sevgiyə qərq edəcəksiniz.

Lalə nəsə demək istədi. Səmayə dedi. Sözümü kəsmə qızım. Söz ver mənə, söz ver ki, vəsiyyətimi yerinə yetirəcəksən.

Lalənin mavi gözləri yaşla dolmuş, boğazı isə qəhərdən qurumuşdu. O, başı ilə razılıq işarəsi versə də, ürəyində Kamranı bağışlaya bilmirdi.

-Sənin doğma öbladlıq sevgin gör nələrə səbəb oldu Kamran?

Sən bu böyüklükdə sevgini necə görmədin, bu qədərmi kor idi gözlərin deyərək lalə, əlindəki xatirə dəftərini büküb sinəsinə basdı.

İnsan dünyaya gələn gündən, öz arzularının dalınca qaçır. Amma, həyatın amansızlığı bəzən bu arzuların ən böyüyünü yarıda qoyaraq, məzara gömür.

Səmayənin də arzularından ən böyüyü, illərlə min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığı Kamranını evləndirmək və onun vasitəsi ilə sevgi dolu ailəsini böyütmək idi.

Amma, əfsuslar olsun ki, onun da bu arzuları, “ölmüş arzular” siyahısına daxil olmuşdu. O, bütün arzularını Aminlə bərabər məzara gömmüş, özü isə həsrətlə onlara qovuşacağı günü gözləyirdi.

Lalə isə hər gün Səmayəyə baş çəksə də, mütəmadi olaraq onun yanında qala bilmirdi.

Çəkdiyi əziyyət və zülümlərə baxmayaraq Səmayə, yenə də Kamranı günahlandırmır, hardasa ona haqq verirdi.

-Balam neynəsin, onun da özünə məxsus arzuları var.

Bəlkə də onun xoşbəxtliyi məhz bu arzularda cəmlənib.

Təki xoşbəxt olsun deyərək sanki özünə təskinlik verirdi.

Günlər keçdikcə Kamran, etdiyi əməllərin peşimançılığını çəkir, atalığının sözlərinə haqq verirdi. Geri dönmək üçün kiçicik bir bəhanə axtarsa da tapa bilmirdi ki, bilmirdi.

Telefonlarına isə nə Lalə nə də Amin cavab vermirdi.Səmayəyə zəng etməyə isə üzü gəlmirdi. Onun leysan dolu gözlərini xatırladıqca vicdanı sızlayır, nömrəıər əlinin altından qaçırdı.

Artıq üç ay idi ki, “doğma”övlad”lıq acısı yaşayan Kamran, genetik anasını özünə doğma hesab edə bilmirdi. Səmayənin zarafatları, Aminin mehribançılığı, ən əsası isə doğma evi üçün çox darıxmışdı. Bir gün o, özünü toparlayıb Səmayəyə zəng etmək qərarına gəldi və özü-özünə dedi. Zəng edəcəyəm. Qoy məni danlasın, qoy üzümə tüpürsün mən bunlara layiqəm.Təki məni bağışlayıb öz doğma qolları arasına alsın.

Telefon zəng çaldı. Səmayə elə taqətdən düşmüşdü ki, durub masanın üstündən onu götürə bilmədi. O, mətbəxtdə yemək bişirən Laləni səslədi. Lalə qızım, gəl telefona bax gör kimdir birdən Kamran olar. Lalə əllərini silərək mətbəxtdən gəlib telefonu götürdü.Bəli Kamran idi. İstədi zəngin Kamrandan gəldiyini Səmayədən gizləsin amma, vicdanı buna yol vermədi.

-Kamrandır ana.

-Nə durmusan qızım açsana. Amma, xəstəliyimi ona bildirmə haaa üzülər uşaq.

Lalə başını yelləyərək telefonu yenidən masanın üstünə qoydu.  Zəng bitdi Səmayə ana yenidən zəng etsə açaram. Elə bu an ev telefonuna zəng gəldi.

-Bax indidə ev telefonu çalır.Balamın ürəyinə damıb xəstəliyim deyərək, Səmayənin gücdən düşmüş ürəyi zəif-zəif döyünməyə başladı.

Lalə dəstəyi götürdü.

Aloo. Səs gəlmədi.

-Aloo kimsiniz?

Elə bu an Kamranın səsini eşitdi.

-Laləm sənsənmi? Bu səs üçün necə də darıxmışam.

Kamranın səsi Lalənin ürəyini sevindirsə də bunu büruzə verməməyə çalışdı.

-Mənim səsimi dinləmək üçünmü zəng etmisən? O, hirslə cavab verdi.

-Yox Laləm hamınız üçün darıxmışam.Səninçün, Atam üçün, anam üçün.

Nə sən mənə cavab verirsən nə də atam. Anama da zəng etməyə üzüm yoxdu.

Atam hardadır, Lalə? Dəstəyi ona ver zəhmət olmasa. Danışım, bəlkə məni bağışlayar geri dönərəm.

-Lalənin gözləri yaşla doldu. Kəlmələr boğazında ilişib qaldı, nə deyəcəyini bilmədi.

-Kamran, atan səni dinləyə bilməz.

-Niyə axı Laləm niyə? Yalvarıram onlarla sən danış məni bağışlasınlar.

-Anan çox ağır xəstədir. Teleflnun yanına gələ bilməyəcək dərəcədə xəstə. Gəlməsən onu da bir daha görməyəcəksən deyib Lalə dəstəyi asdı.

-Alo….Alo…

Telefondan səs gəlmədi.Kamran yerindəcə donub qaldı. Əlləri, ürəyi, dizləri elə əsirdi ki, sanki ayağının altında yer silkələnirdi.O, bir anlığa yerindən qopub evə qaçdı. Təranə onun təlaşla otağa qaçdığını görüb, dalınca çağırdı.

-Kamran, nə olub oğlum?

Kamrandan səs gəlmədi. O, Kamranın otağına daxil olanda Kamranı yığışılan gördü.

-Hara gedirsən oğlum?

Kamran Təranəni əli ilə kənara çəkərək dedi. Doğma valideyinlərimin yanına, öz doğma evimə.

Mən sizin övladınız deyiləm ola da bilmərəm.

Təranə onun çantasını əlindən çəkişdirdi.

-Yox sən mənim oğlumsan heç yana buraxmaram deyib, çantanı onun əlindən almağa çalışdı. Kamran isə çantanı ona verib dedi. Mənim valideyinlətimə bu çanta yox, mən lazımam.Mən də gedirəm.

O, otaqdan çıxanda geri dönərək Təranəni süzdü və ikrah hissi ilə dedi.

-Doğmalıq bilirsənmi nədir?

-Doğmalıq sevgidir.

Əsil sevgi, yadları belə doğmalaşdırarmış. Mən bunu indi başa düşdüm.  Səsə Kamil ilə uşaqlar da gəldi.

Kamil, onun çiyninə əlini qoyaraq dedi.

-Bəli oğlum. Doğmalıq sevgidir. Get səni sevib, sevgi ilə böyüdən doğmalarının yanına. Sənin yerin oradır.

Kamran, sevincək çantasını da götürüb yola düşdü.

Yolboyu isə, özünü valideyinlərinə necə bağışladacağı haqda düşünürdü.

Kamran evlərinə çatanda, qapıda təcili-yardım maşını gördü.O, əlindəki çantanı yerə ataraq, “ana” deyib, yüyürdü. Qapını Lalə açdı. Onun mavi gözləri leysan tökürdü. Həkim isə,

“Başınız sağ olsun”deyib evdən çıxanda sanki, Kamran yuxudan ayıldı.

Ana..ana.. deyərək Səmayənin cansız bədənini qucaqladı. O, hiss etdi gərəksiz arzuları ailəsini məhv edib.

******

Səmayə, Amin baxın bu qoşa yatan bəxtəvərlər sizin nənə və babanızdır.

Ata, nənəmin adı da Səmayə idi?- deyərək Səmayə Kamranın qolunu çəkişdirdi.

-Hə qızım.Babanın adı da Amin. Siz onların, üzünü görmədiyi ən böyük arzuları idiniz. Amma təəssüf ki… deyərək hönkürməyə başladı.

-Ağlama ata . Məndə böyüyüb sənin atan kimi olacam.

-Ol oğlum ol. Atam kimi ol, amma, mənim kimi olma.

-Ata məzarın üstündə nə yazılıb?

– Sormayın dünyada doğmalıq nədir,

Çünki onun adı böyük sevgidir.

-Bunu kim yazıb ata? Səmayə yenə də atasına sual verdi.

-Mən yazmışam qızım mən deyərək onun saçlarını qarışdırdı.

Lalə, məzarın yanın gəlib, hər iki baş daşını sığalladı və gözlərinin yaşını silərək, əlindəki saralmış dəftəri onun sinəsinə gömdü.

-Ana can, sənin arzularını sənsiz yerinə yetirdim.

Fətidə nəvənin də dünyaya göz açmağına az qalıb.Rahat uyu gözəl ana.

Rahat uyu gözəl ata deyərək hər iki baş daşına sığal çəkdi.

Sonra o, uşaqlarının əlindən tutaraq məzarlıqdan uzaqlaşdı.

Balaca Səmayə isə, hər addımda dönüb geri baxır, nənəsinin şad olan ruhuna əl eyləyirdi.


Son


Metanet Duyğulu
www.kafiye.net