ŞAİR



Şair xalqın güzgüsüdür,
Meyarıdır, ölçüsüdür.
Həqiqətin elçisidir.



Neyləyim ki , gözüm görür,
Dilim deyir ,əlim yazır,

Nə qədər ki, Şeytan oğlu
İnsanlığa quyu qazır.



O, Allahın ayəsidir,
Yer üzündə sayəsidir,
Mövcudatın qayəsidir .




Ədalətin ,sədaqətin

Keşiyində əsgərdir o .
Yaradandan ilham alıb,
Konüllərə nur səpir o.




Vicdanları ləkələyən,

Qəlblərə zülmət ələyən,
Məhəbbəti kölgələyən




Kin-küdurət aramızda

Qoy salmasın nifaq bizim.
Allah eşqi qəlbimizdə
Yandırsın gur ocaq bizim.



Şair elin qələmidir,
Xalqın danışan dilidir,
Haqqın gücü daş əridir.




Qaranı ağdan ayıran,

Sözü qılınc tək sıyıran,
El yükünü çəksin gərək,
Öz elinə şair olan.



Qarış-qarış gəzər yurdu,

Sözlərdən yaradar ordu.
Köksündə ümmanlar vardır.



İlhamı göylərdən gəlir,
İti sözü daşı dəlir,

Xalqına fəda olmağa
Bu dünyaya gəlir şair


Tamara Nadirova Tənha Bulud
www.kafiye.net