Niyə cümlələrdə olsun mübtəda?



Guya ki, bilmədən soruşdun, qardaş,

-Niyə cümlələrdə yoxdu mübtəda?

-Dil haqqı deyəndə yarılaraq baş,

Düz sözdən düzlərə gəlirsə qada,

Niyə cümlələrdə olsun mübtəda?




İndi zaman başqa, dövran başqadı,

Görmürlər şeytanlar daha daş daqı.

Pullu iblislərin yeri başdadı,

Əgər qiymətlisə kənddən, kəndxuda,

Niyə cümlələrdə olsun mübtəda?




On səkkiz yaşında alır oğulu,

De, kimsə alırmı bəs uşaq pulu?

Məmur samalyotla getdiyi yolu,

Kasıb arabasız gedir piyada,

Niyə cümlələrdə olsun mübtəda?




Özümünçü etdi, etməzdi yağı,

Fələk hara yzdı görən bu dağı?

Əmirlə dağıdır Şəhid yatağı,

Şəhidlər “seçdiyi” məclisdə gəda,

Niyə cümlələrdə olsun mübtəda?




Cənab baş prak(u)ror Tərtər işindən,

Gücü yox çıxarsın mısmarı şindən.

Nazirlər çıxırlar işin içindən,

Qorxub göz yumursa, neyləsin Xuda?

Niyə cümlələrdə olsun mübtəda?




Doğma Qarabaödan qovulan itin,

Yetdi harayına vicdansız Putin.

İtir kəraməti o, gözəl nitqin,

Vergül qarşısında əyilir nida,

Niyə cümlələrdə olsun mübtəda?




Sakitin heç zaman azmayıb zəndi,

Göstərər Məmura, bu Xalq son fəndi.

Kasıb övladları şəhəri, kəndi

Canıyla alaraq, oldular fəda,

Niyə cümlələrdə olsun mübtəda?



01. 06. 2021.
Sakit Memmedova
www.kafiye.net