Bir şair ömründən 
(birinci hissə)




Dünən sizdən keçdim,sizin küçədən

Evlər başdan – başa nur içindəydi.

Təkcə sizin o nur,ondan deyildi…

Pəncərə ,şüşələr qəmli kimiydi.

Elə bil içərdə dumanlı hava…

Bəlkə bulud özü nigaranlıqdan,

Enib şair ilə

hal-əhvallaşmaga!



Elə bil qapı da yol gözləyirdi…

Əl atdım dəstəyə,cəfdə diksinib,

Gözünü yollardan güclə ayırdı

Məni tanımadl,ya inanmadı,

Qayıdıb gedərəm mən ayagına.

Keçdim ,xəlvət kimi…

Otaq qaranlıq.

Budurmu sakitlik,?!.

yoxsa,agırllq ?!



Nəhəng əsərlərdən, boylanan ŞAİR!

İçində ocaqlar c a t ı l a n ŞAİR!

Qələmlə dünyanı boyayan ŞAİR!

İstini ,işıgı söylə,bəs necə

Alırsan, közərən ,sönən bu şamdan?!



Deyirlər – şairlər sıgmaz cahana…

Bəs necə sıgmısan,sirrini ,söylə,

Bu soyuq,qaranlıq,alçaq tavana?!

Yenə də xəlvətcə,çıxdım küçəyə,..

birdən məni görüb,sıxılar deyə. ..

..Uzaqdan əl etdim dalımca baxan,

Evə hayan olan dar pəncərəyə,

Qapının dəeşrdini çəkən cəftəyə.



Fəridə Köçərli İbrahimova

3105 2018 .
www.kafiye.net