QORU MƏNİ

*******************

Hamı kimi biriyəm mən

Ölmənişəm,diriyəm mən

Bir sevdalı pəriyəm mən

Tanrım,sardan qoru məni.

*

Önünə sevgi sərdiyim

Yolunda canı verdiyim

Özgəsi yox,öz sevdiyim

Zalım yardan qoru məni.

*

Ya Rəbb,çoxdur indi naqis

Eylə yolumuzu dürüst

Asıb-kəsənn,həm nadürüst

Xətakardan qoru məni.

*

Xain-xain zərbə vuran

Ürəyimi tez-tez qıran

Yollarımda hiylə quran

Qara tordan qoru məni.

*

Qəlbim təmiz,yolum düzdür

Üzüm gülür,içim közdür

Mənə qalan üç-dörd sözdür

Tanrım,şərdən qoru məni.



Nazlı Hacılı.

www.kafiye.net