DOĞMA   ÖVLAD 3

Hekayə

Gülşən oğlunun evə qanlar içində gəldiyini görcək dəliyə döndü.

-Kim səni bu günə qoyub ay bala? Kiminlə dalaşmısan?

Sənan bir az da ərköyünlük edərək ağladı.

-Kamran vurdu ana Kamran vurdu.

Kamranın adı gələn kimi, Gülşənin gözündən sanki od parıldadı.

-Yüz dəfə demişəm o dettom yetimçələrindən uzaq dur.

Nədir bizim başımızın çəkdiyi bu yetimçələrdən?

Sənanın atası Akif, oğlunun şimarıq olduğunu çox gözəl bilirdi.Buna görə də səssizcə durub oğlunu və yoldaşı Gülşəni seyr edirdi. Güllşənin ağzından çıxan sözlərə isə reaksiya verməmək olmazdı.

-Sən nə danışırsan Gülşən? Bir az özünə gəl deyərək Akif arvadına qışqırdı.

-Nə qışqırırsan? Mənə qışqırınca get o yetimçəni böyüdənlərə qışqır.

-Sus deyirəm sənə Gülşən sus…Akif səsini bir az da yüksəltdi.

Mən Kamranın atasına söz vermişəm ki, onun sirrini açmayacam.

-Hə sən onun sirrini açma. Oğlunun al-qanlar içində gəldiyini görmə yaxşımı yum gözlərini deyərək qapını onun üzünə çırpdı.

Bir anlığa Sənanın ağrıları keçdi elə bil ki…O, yaşlı gözlərini silərək başını yellədi.Ürəyində isə dedi. Yaxşı əlimə düşdün Kamran. Mən bilərəm qisasını necə alaram.Sən də “dettom” uşağı imişsən.

Ertəsi gün, Amin Kamranla bərabər məktəbə gəldi. Məktəb direkyoru onu hörmətlə qarşılayıb otağına dəvət etdi. Öncə o, Kamranın dərslərindən geri qaldığından danışaraq , mətləbə gəldi.

-Amin bəy, sizin oğlunuz dünən öz sinif yoldaşı Sənanı möhkəm döyüb.Uşaqlar əlindən almasaymış öldürəcəkdi. Amin, təəssüf hissi ilə başını aşağı salaraq dedi. Oğlum mənə əhvalatı danışdı. O, Lalənin xətrini çox istəyir.Sənan isə lap uşaqlıqdan onunla yola getmir, uşaq evindən götürüldüyünü üzünə vurur.

Demirəm oğlum haqlıdır. Mən onu tənbeh etdim.Amma Sənanın da valideyinləri onu tənbeh etməlidilər axı…

Lalə kimilər azmı dövrümüzdə? Onları böyüdən valideyinlər, valideyin deyillərni? Belə uşaqlara görə ailələr gözü yaşlı qala bilər.

Əli müəllim Aminin bu sözündən dərin fikrə getdi. -Amin bəy, mənim bunlardan xəbərim yoxdu. Əgər Sənan onu incidirsə Lalənin özü gəlib şikayət edə bilərdi. Lakin belə bir şikayət bizdə yoxdur. Mən yenə də araşdıraram.Amma siz oğlunuza çəki-düzən verin.

Bəlkə də psixoloqa göstərin.

Onun dünənki vəziyyəti gələcəkdə edə biləcəyi cinayətlərdən xəbər verir.

Amin ayağa qalxıb Əli müəllimlə vidalaşdı.Qapıdan çıxarkən ayaq saxlayıb geri döndü.

-Əli müəllim, mən oğlumu tənbeh edəcəyəm.

Amma unutmayın ki, bir insanın xəyallarını, sevgisini yıxmaqdan böyük cinayət yoxdur. Bunu Sənanın ailəsinə də bildirin mümkünsə, deyib otaqdan çıxdı.

Həmin gün Sənan ağzı yaralı vəziyyətdə dərsə gəlmişdi.Əslində nə uşaqlar, nə də ki müəllimlər onun məktəbə gələcəyini gözləmirdilər.

O, məktəbdə Kamrandan uzaq gəzir, yoldaşlarının qulağına nəsə pıçıldayırdı.

Bütün uşaqlar isə Kamranın yanından keçərək ona qıyqacı baxır, öz aralarında nəsə danışırdılar.

Kamranın bu baxışlardan narahat olduğunu görən Lalə, onun qolundan tutdu.

-Kamran bura bax, heç kimlə işin olmayacaq.

-İşim yoxdu Lalə. Amma bu uşaqların hamısı o pislik Sənanla dilbir ola bilməzlər axı. Niyə mənə belə baxırlar?

-Boş ver Kamran, yəqin ki, qarınlarının azarını deyərlər.

Tural sinifdə Kamranın yaxın dostu idi. Hətta o da susqun-susqun Kamranı süzür, ona nəsə demək istəyir amma bacarmırdı.

Kamran Turalın yanına gəlib soruşdu.

-Tural, bu uşaqları başa düşdüm.Bəs sənə nə olub? Sən ki, mənim dostumsan..

Tural başını aşağı salıb, qulaqlarının dibinə qədər qızardı.

-Kamran sənə deyəcəm amma söz ver ki, əsəbləşməyəcəksən.

-Söz verirəm dostum. Dünən Lalənin pərt olmağı məni dəliyə döndərdi.Yoxsa onunla işim olmazdı.

-Sənan hamıya yayıb ki, sən də uşaq evindən götürülmüsən. Dünən anası deyib.

Kamran bu sözdən sonra, dünyanın başına uçduğunu hiss elədi. Danışmaq istədi, dili olmadı, qaçmaq istədi ayağı olmadı. Lalə, tez Kamranın qolundan tutaraq dedi.

Kamran, yəqin ki, sən bunlara inanmazsan. Sənan səndən qisas almaq üçün uydurub bunları. Kamran heç bir söz demədən əlini, Lalənin əlindən qoparıb Sənana tərəf yeridi. Sənan isə uşaqların arxasında gizlənərək dedi.

Məni döysən gedib şikayət edəcəyəm.Bu dəfə isə səni məktəbdən qovarlar.

Kamran isə onu sakitləşdirərək, qorxma səni döyməyə gəlmirəm. Gəl bura görüm bu sğzü sənə kim deyib ki, mın ‘dettom’ uşağıyam? Sənan başını uşaqların arxasında uzadaraq dedi. Bu həqiqətdi.Mənə anam dedi.

Atan atama yalvarıbmış ki, bu sirri açmasın. Anam isə açdı inanmırsan get atandan soruş.

Kamranın dünyası bir daha da yerindən silkələndi.O, ayaq üstə zorla dururdu. Ətrafda nə var idisə başına fırlanırdı. Lalə onun qolundan tutub silkələməyə başladı.

Kamran özünə gəl Kamran.

Kamran yuxudan ayılmış kimi, çantasını götürüb məktəbdən evə yollandı.

××××××××

Deyirlər, şər xeyirə qalib gələndə, kədər sevinər, sevinc isə, yaşanmış günlərin yasını tutarmış. Aminlə Səmayənin də gözlərindəki sevinc, ürəklərindəki ümüd, artıq yaşanmış günlərin yasını tuturdu.

Sevgi, qəh-qəhə dolu o ev, göz yaşlarına qərq olmuşdu.

Səmayənin gözlərindən axan yaş, Aminim ürəyinə süzülür, kipriklərində donub qalırdı.

Çünki artıq onların Kamranları əvvəlki Kamran deyildi.

Oğlum, nə əcəb evə erkən gəlmisən?

Kamran heç bir söz demədən Səmayənin üzünə baxırdı.

-Niyə elə baxərsan bala? Qorxutma məni. Yoxsa yenə dalaşmısan?

Kamran heç nə deməyib, otağına keçdi və qapını çırparaq arxadan bağladı.

Kamranın bu hərəkəti, Səmayəni möhkəm sarsıtdı. O, bir müddət qaldığı yerdən tərpənə bilmədi. Birdən sanki yuxudan ayılmış kimi, Kamran. Aman Allah yəqin Sənan nələrsə demiş, deyərək Kamranın otağına tərəf qaçdl. Qapı bağlı idi.Səmayə qapını döyərək onu səslədi. Kamran, oğlum niyə qapını bağladın, nə olub sənə bala? Bir qapını aç oturub söhbət edək, dərdini anlat anana.

Ana… Bu kəlmə Kamranın ürəyinə sanki ağır bir zərbə vurdu.O, qapını açaraq uca səslə anasına dedi.

-Ana-hansı ana? Sən mənim doğma anam deyilsən. Nə də atam doğma atamdır. Kamran bu sözləri dedikcə səsini ucaldır, sanki Səmayədən haqq-hesab istəyirdi.

-Niyə mənə əvvəldən demədiniz “detdom” uşağı olduğumu , niyə? İllərdir ki, bu ailədə böyük yalanlar içərisində yaşamışam demək.

Səmayə isə bu sözlərin altında əzilir, yer ayağının altından qaçırdı. Gözlərindən süzülülən mirvati damlalar, kipriklərinin ucundaca donub qalmış, nə deyəcəyini, haradan başlayacağını bilmirdi.

İllərdir min bir əziyyətlə qurduğu dünyası başına yıxılmışdı.

O, oğlunun əlindən tutmaq istəyəndə Kamran əlini geri çəkdi.

-Toxunma mənə. Sadəcə suallarıma cavab ver. Mən kiməm? Mən kimin oğluyam.

Səmayə hönkürtü ilə ağlamağa başladı.

-Sən mənim oğlumsan mənim. Səni mən böyütmüşəm, mən sevmişəm.Sən mənim canımsan bala. Kamran sanki, anasının yalvarışlarını eşitmir, gözlərindən axan leysanı görmürdü. Sanki, anasının ayağı inciləndə, ayağından öpən Kamran deyildi. Bir gündə insan necə dəyişilərmiş İlahi…

-Sən mənim doğma anam deyilsən, deyilsənnnn. Kamran ağlayır bu sözləri dönə-dönə təkrar edirdi.

Bir anlığa Səmayənin gözlərinə qaranlıq çökdü.Kamranın sözləri isə kəlmə-kəlmə qulaqlarında cingildədi.Sən mə-nim a-nam de-yil-sən. O, huşunu itirərək Kamranın ayaqlarına düşdü.

Kamran bir anlığa sussa da, Səmayəyə olan ana sevgisi susmadı. Anaa deyərək, Səmayəni qucaqladı.

Səmayə gözlərini açanda, Amini başının üstündə gördü.

O qürurlu, o əzmli Amin bir “yumaq” kimi olmuşdu. O, bir əli ilə Səmayənin əlini tutub, o biri əlini isə alnına söykəyib dərin bir xəyala dalmışdı.  Gözlərinin ətrafı qıp-qırmızı idi.Deyəsən ağlamışdı. Səmayənin gözləri Kamranı axtardı. Oğlunu yanında görməyən Səmayə, diksinərək yerindən sıçradı.

-Kamran, oğlum harada Amin? Kamran hardadı?

Amin Səmayənin oyandığını görüb onu qucaqlayaraq sakitləşdirməyə çalışdı.Qorxma Səmayəm qorxma Kamran otağındadı.

-Nə oldu mənə Amin? Sən nə zaman gəldin?

– Kamran zəng elədi.Anam yaxşı deyil deyəndə tə’cili olaraq evə gəldim. Gəlib gördüm ki, Kamran həkim çağırəb. Özünü gözləməlisən Səmayəm.Həkim dedi ki, ürəyin çox zəifdir. Sənə həyəcan,  olmaz canım.

Nə oldu sənə birdən -birə?

Səmayə bildi ki, Aminin hələ heç nədən xəbəri yoxdur.

-Kamran sənə heç nə demədimi?

-Yox. Nə deməli idi ki?

Səmayə əllərini üzünə tutaraq hönkür-hönkür ağlamağa başladı.

-Nə olub Səmayəm? Gözlərindəki bu kədərin, bu qorxunun səbəbi nədir?

Səmayə, Aminə sarılaraq, sakitləşməyə çalışdı.

-Kamran hər şeyi öyrənib Amin. Mənə dedi ki, sən mənim anam deyilsən. Mən sənə vaxtında dedim axı onun məktəbini dəyişək.Sən dinləmədin.

Amin Səmayəni bərk-bərk bağrına basdı və saçlarını oxşayaraq dedi.



Metanet Duygulu
www.kafiye.net