Yetişib sonu




Atana min lənət, “a belə dövran”,

Deyəsən hər şeyin yetişib sonu.

Haqsız əməllərin dalında duran,

Amalın sərvətdir, bilirik onu,

Deyəsən hər şeyin yetişib sonu.




Keçmiş qaranlıqlar aşikar oldu,

Yüz minlərlə soydaş bir “şikar” oldu.

Erməni dığası peşəkar oldu,

Göstərdi, “soyqırım” nə olduğunu,

Deyəsən hər şeyin yetişib sonu.




Pul ilə tərifə tutub yaxanı,

Çevirdiz bu xalqa bu gün arxanı.

Heç kəs yıxa bilməz tərif yıxanı,

Siz niyə görmürsüz?, kor görür bunu,

Deyəsən hər şeyin yetişib sonu.




Sakitəm,sübut et “Türk” olduğunu,

Yetər titrəməyin, dəf et qorxunu.

Əzminlə sakit et “Şəhid” ruhunu,

Çıxart Qarabağdan “hay” qoduğunu,

Qoy zəif səsinin dəyişsin tonu,

Söylə, “dünyanızın yetişib sonu” !




Sakit Memmedov
www.kfiye.net