Sən azadsan,əziz Şuşa!



Mən ki,səni görməmişəm,

Dağlarında,düzlərində gəzməmişəm,

Qayaların arasından damcı-damcı,

büllur kimi bulağından

üşüyərək ovuclarım,

vücuduma yayılaraq sərinlədən sularından içməmişəm…

Xarıbülbül ağrısını …

Sevincini duymamışam canlı-canlı…

Düzlərində nəfəs çəkib ,dolu-dolu gəzməmişəm …

Bəs o zaman kövrəlirəm niyə axı!

Gözəl Şuşam, niyə durmur ürəyimin döyüntüsü…

Sən cənnətim!

Vətənimin göz muncuğu!

Sən azadsan !

Sən azadsan,gözəl Şuşam! Bu baharın gəlişi də ayrı oldu gəlişinlə.

Torpağın da civələndi ayrı cürə..

,çiçəyin də ayrı açdı bu baharda..

Şəhidimin,əsgərimin,

cəsur,igid,ər oğlumun damarından axan qanı torpağında çiçək açdı, gül bitirdi…

Bu baharda bu çiçəklər,bu ağaclar təbiətə ayrı ətir, bar gətirdi…

Əziz Şuşam,sən azadsan!

Sən əzizsən…

Qoynundakı şəhidlərin səsi gəlir qulağıma …

Səslənirlər sinə dolu, var-gücüylə! Canlarını qurban verib vətən üçün …Son kəlməsi dillərində …

“Canımız da,qanımız da vətən üçün!”

“Biz gedirik…”

“Vətən sağ olsun !”

…Əziz Şuşa,mən ki,səni görməmişəm…

Kövrəlirəm axı neyçin , ŞUŞA ,adın çəkiləndə…




Esmer  Bağırova
www.kafiye.net