Qüdrətli dövlətin dahi rəhbəri!



Ucadan ucadır adın dünyada,

Fəxrlə deyirəm düşmənə,yada.

Söykəndin vüqarla verdiyin anda ,
Qüdrətli dövlətin dahi rəhbəri!




Ucaltdın hər yerdə bayrağımızı

Yazdın tarixlərə ad-sanımız

Tanıtdın hər yerdə varlığımızı
Qüdrətli dövlətin dahi rəhbəri!




Bu vətən ,bu millət sənə borcludur,

Sənin əməlinlə vardır,güclüdür!

Tutduğun haqq yolu,pirdir,uludur

Qüdrətli dövlətin dahi rəhbəri!



Yaratdın zəkanla böyük bir cahan,

Dillərdə əzbərdir can Azərbaycan!

İllər ötüşsədə yaşayacaqsan,

Qüdrətli dövlətin dahi rəhbəri!



ƏSMƏR BAĞIROVA.2020.
www.kafiye.net