Ecazkar Yardımlının


Görənlər heyran qalır,
Yolunu burdan salır,
Hər kəs seyrinə dalır,
Ecazkar Yardımlının!

✨

Göz oxşayır meşəsi,
Nərgizi,bənövşəsi.
Şəfalıdır çeşməsi.
Ecəzkar Yardımlının!

✨



Çiçəklidir bağları,
Səfalıdır dağları.
Var gözəl yaylaqları,
Ecazkar Yardımlının!

✨



Açıb gülü,çiçəyi,
Yarpağında ləçəyi.
Əsir cənub küləyi,
Ecazkar Yardımlının
!

✨



Gözəldir hər xoş anı,
Mən olmuşam mehmanı.
Kəkotu can dərmanı,
Ecazkar Yardımlının!

✨



Yurdudur ərənlərin,
Misli yox,bu yerlərin.
Çayların,dərələrin…
Ecazkar Yardımlının!

✨



İnsanları bəxtiyar,
Üzlərində ismət,ar.
Çox zəngin tarixi var,
Ecazkar Yardımlının!


Müəllif :- Yeganə.Bağırova
www.kafiye.net

Bir Yegane Bagirova ve yol görseli olabilir