BAHARDA



Nə gözəldi yazın gələn müjdəsi,

Qarabağ elində bayram həvəsi.

Xarıbülbül açılmağa tələsir,

Gözəlləşir yamacları, baharda.



Tonqalları dağ başında qalayaq,

Düşmənə od qoyaq,bağrın dalayaq,

Ömrümüzə bayram ruhu calayaq,

Qoy düzülsün xonçaları,baharda.



Qarabağın dağlarında,düzündə,

Nər igidlər nəfəsi var izində.

Cilvəsi var yanağında,üzündə,

Yan düzülüb gözəlləri,baharda.



ƏSMƏR BAĞIROVA

2021 mart
www.kafiye.net