OLDUM



Baxdım ağ kağıza izimi gördüm,

çəhlimim topladım sözümü gördüm,

Xəyalən rəsm etdim özümü gördüm,

Şerimin, misramın məzmunu oldum!



Məkanı sevincə zamanı sevdim,

Yaxşının xətrinə yamanı sevdim,

Sevildim, sevgimi umanı sevdim,

Könlümdə eşqimin Məcnunu oldum!



Hər günüm ömrümə təzə bir sətir,

Nə sultan olmadım, nə də ki, vəzir,

Çəkənlər gücləri yetəni çəkir,

Mən bu ömrümün məmnunu oldum!)



Təvəkkül Goruslu. 06.05.2021
www.kafiye.net