SƏNİNLƏ QƏLBİM ÖYÜNÜR

Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandanı İlham Əliyev Cənablarına ithaf edirəm.

Otuz illik bir işğala,
Son qoydun öz hünərinlə.
Yadda qalan bir tarixi,
Yazdın şanlı zəfərinlə
.

Yağıları bu torpaqdan,
Qovdun, iti qovan kimi.
Kor qaldılar,düşmənlərin,
Gözlərini ovan kimi.


Sən olmusan millətimin,
Xalqımın ən güvən yeri.
Çətin gələ bu dünyaya,
Sənin kimi mindən biri.


Bəlli oldu bu dünyaya,
Ər hünərin,cəsarətin.
Verdi gözəl bəhrəsini,
Doğru,düzgün siyasətin.


Arxa oldu xalqımıza,
Həm Pakistan,həm Türkiyə.
Allah özü ,, əhsən” dedi,
Bu vəhdətə,bu birliyə.


Azərbaycan bayrağını,
Zirvələrə qaldırdın sən.
Qaniçən yağı düşməni,
Atdan yerə saldırdın sən.


Qorxusundan qaçıb getdi,
Qova-qova yordun onu.
Düşmənə aman vermədi,
Əzib qırdı Ordum- onu.


Cənab Ali Baş Komandan!
Səninlə qəlbim öyünür.
Azərbaycan eşqi ilə,
Qəlbim qəlbintək döyünür!


Yegane.Bağırova
08.11.2020
www.kafiye.net