Məhəbbət bu isə, nəyimə lazım?


Deyirsən, çiçəkdən, güllərdən yazma,

Məhəbbət bu isə, nəyimə lazım?

Gözəllərdən yazıb, yolunu azma,

A mənim sevdiyim, bəs nədən yazım?

Məhəbbət bu isə, nəyimə lazım?

Bu necə dövrandır?, anlamıram mən,

Sanki bir düşməndir bülbülə gülşən.

Qısqanclıq ayırır dırnağı ətdən,

Əgər inanmırsa Kürə Arazım,

Məhəbbət bu isə, nəyimə lazım.

Kəlamlarla dolu söz bazarım var,

Baxma ki, hər eldə öz həmkarım var.

Guya ilham pərim, guya yarım var,

Divardan asılıb, susubsa sazım,

Məhəbbət bu isə, nəyimə lazım?

Qəlbimi ovutmur yabançı söhbət,

İnamsızlıq varsa, yox səmimiyyət.

Düşündüm, eşqinlə tapdım səadət,

Qışa dönübdüsə könlümdə yazım,

Məhəbbət bu isə, nəyimə lazım?

Sakitəm, ruhumla yükləndim göyə,

Əcəl fürsət gəzir, qapımı döyə.

Sormadın, sevgilim, sormadın, niyə

İtib məclislərdən şirin avazım?

Məhəbbət bu isə, nəyimə lazım?


23. 04. 2021.
Sakit Memmmedova

Aşk buysa buna ne gerek var



Çiçekten çiçekten yazma dersin

Aşk buysa buna ne gerek var

Güzel insanlar hakkında yazıpta sapmayın,

Ah benim favorim ama neden yazayım ki?

Aşk buysa buna ne gerek var

Bu nasıl bir dönem?, Anlamadım,

Düşmanmış gibi bülbüle gülüyor.

Kıskançlık tırnağı etten ayırır,

İnanmıyorsa Kura Araz ‘ ım,

Aşk buysa buna ne gerek var

Sözüm pazarı dolu sözüm var,

Bakmayın her elimde kendi meslektaşım var.

Deniz kızı var gibi, yarım var,

Duvardan asılıyorsa susuyorsa sazım

Aşk buysa buna ne gerek var

Yabancı konuşmak kalbimi hasta etmiyor,

Güven eksikliği varsa samimiyet yoktur.

Düşündüm, mutluluğu aşkınla buldum,

Kışa dönerse gönlüme yazarım,

Aşk buysa buna ne gerek var

Sakinim, ruhumu gökyüzüne yükledim,

Harika bir fırsat yürüyor çal kapımı

Sormadın, sevgilim, sormadın, niyə

Meclislerden tatlı avazım?

Aşk buysa buna ne gerek var

23. 04. 2021.

Sakit Memmedova
www.kafiye.net