Kişi, çıxma çölə, bir ay evdə qal.

Demə ki, yeməyə heç nəyim yoxdu,
Döz, qardaş, aclıqdan gəlsə də zaval.
Sən oxu, zənn elə uşaqlar toxdu,
Arvad boş qazanda qoy çalsın qaval,
Kişi, çıxma çölə, bir ay evdə qal.


Nisyə dəftərinə yazdır adını.
Şirin çay ilə gör şorun dadını.
Əsəbdən arvadın söymə zatını,
Biz də sən gündəyik, salma qalmaqal,
Kişi, çıxma çölə, bir ay evdə qal.


Pullunu seçməyib bil Allahtala,
Hamıya bəxş etdi eyni cür bəla.
Qoyun kəs, kabab ye, dalıb xəyala,
Samovar çayı iç, sal limon, zoğal,
Kişi çıxma çölə, bir ay evdə qal.


Xəstəlik bürüyüb bütün aləmi,
Hökumət qoruyur virusdan səni.
Arvad dığ-dığ etsə, yorma çənəni,
Yazıb onlayınla təzə arvad al,
Kişi, çıxma çölə, bir ay evdə qal.


Öyrəş ailənə, çalış darıxma,
Uşaqlar sənindi, yad kimi baxma.
Sən bəyənmədiyin bu köhnə daxma,
Babandan qalıbdı, eləmə xəyal,
Kişi, çıxma çölə, bir ay evdə qal.


Nə fərqi Şəkili, ya Gəncəliyəm,
Sakitəm, aclığa öyrəncəliyəm.
Milyonlar məntəkdir, demə dəliyəm,
Başım xarab oldu, çox verdin sual,
Kişi, çıxma çıxma çölə, bir ay evdə qal.


~ Lan dışarı çıkma, bir ay evde kal.~


Yiyecek bir şeyim yok demeyin,
Dur gardaş açlıktan gelsede fakirdir
Sen oku, çocukların dokumasını düşün,
Eşi boş tencerede oynasın,
Lan dışarı çıkma bir ay evde kal


Nisyə dəftərinə yazdır adını.
Tatlı çay ile kıyının tadını görün.
Kızgınlıktan karına küfür etme,
Biz de senin günündeyiz ayrılma rezalet
Lan dışarı çıkma bir ay evde kal


Bil ki Allahtala paranı seçmedi,
Herkese verdiği sorunlarla aynı.
Koyun kes, kebap ye, hayal kur,
Semaver çayı, sal limon, kızılcık iç,
Adam dışarı çıkma, bir ay evde kal.


Tüm dünya hasta,
Hükümet sizi virüsten koruyor.
Eş tırnak çıkarsa çeneni yorma,
Yaz ve yeni bir eş edin,
Lan dışarı çıkma bir ay evde kal


Ailene öğren, özlememeye çalış,
Çocuklar sizin, yabancı gibi görünmeyin.
Sevmediğin bu eski içecek,
Deden kaldı hayal kurma,
Lan dışarı çıkma bir ay evde kal


Resim veya Ganja arasındaki fark nedir?
Sakinim, açlığa alışmam lazım.
Milyonlar mantıklı, deli olduğumu söyleme,
Kafam kırıldı çok soru sordun,
Lan dışarı çıkma bir ay evde kal.



Sakit Memmedova
www.kafiye.net