Yağış sevinci


Bir yağış sevinci verərdim sənə
Bu yağış şənliyində.
Bir sevgi verərdim sənə-
Yağış gözəlliyində…
Həzin -həzin səpələnir,
Çiçək-çiçək çiçəklənir,
Gözləırimin giləsində gilələnir
Narın yağış.



Çaydan gəlir,göldən gəlir
Qanad açıb səmalarda,
Yuva qurur buludlarda.
Elçisidir Tərtəmiz suların yağış.
Damla-damla enər yerə
Bir cüt mələk qanadında .
Səsi gözəl bir musiqi,
Ruha dinclik,ruha qida..


Çiskinləyir incə-incə,
Müjdəçisi bizə ilk baharın yağış.
Təzə açan o yamyaşıl yarğaqları
Yuyar çılğın bir həvəslə.
Çiçəklərin üzərinə kəpənəktək
Qonan zaman ,ürəyinlə məni çağır,
Məni səslə.


Qoy ruhuna xitab etsin yarın yağış.
Bir yağış sevinci verərdim sənə.
Bu yağış şənliyində.
Bir sevgi verərdim sənə-
Yağış gözəlliyində.


Tənha Bulud
www.kafiye.net