DOĞMA ÖVLAD

6-cı hissə.

-Oğlum, nə əcəb evə erkən gəlmisən?

Kamran heç bir söz demədən Səmayənin üzünə baxırdı.

-Niyə elə baxərsan bala? Qorxutma məni. Yoxsa yenə dalaşmısan?

Kamran heç nə deməyib, otağına keçdi və qapını çırparaq arxadan bağladı.

Kamranın bu hərəkəti, Səmayəni möhkəm sarsıtdı.O, bir müddət qaldığı yerdən tərpənə bilmədi. Birdən sanki yuxudan ayılmış kimi, Kamran. Aman Allah yəqin Sənan nələrsə demiş, deyərək Kamranın otağına tərəf qaçdl. Qapı bağlı idi.Səmayə qapını döyərək onu səslədi. Kamran, oğlum niyə qapını bağladın, nə olub sənə bala? Bir qapını aç oturub söhbət edək, dərdini anlat anana.

Ana… Bu kəlmə Kamranın ürəyinə sanki ağır bir zərbə vurdu.O, qapını açaraq uca səslə anasına dedi.

-Ana-hansı ana? Sən mənim doğma anam deyilsən. Nə də atam doğma atamdır. Kamran bu sözləri dedikcə səsini ucaldır, sanki Səmayədən haqq-hesab istəyirdi.

-Niyə mənə əvvəldən demədiniz “detdom” uşağı olduğumu , niyə? İllərdir ki, bu ailədə böyük yalanlar içərisində yaşamışam demək.

Səmayə isə bu sözlərin altında əzilir, yer ayağının altından qaçırdı. Gözlərindən süzülülən mirvati damlalar, kipriklərinin ucundaca donub qalmış, nə deyəcəyini, haradan başlayacağını bilmirdi.

İllərdir min bir əziyyətlə qurduğu dünyası başına yıxılmışdı.

O, oğlunun əlindən tutmaq istəyəndə Kamran əlini geri çəkdi.

Toxunma mənə. Sadəcə suallarıma cavab ver. Mən kiməm? Mən kimin oğluyam.

Səmayə hönkürtü ilə ağlamağa başladı.

Sən mənim oğlumsan mənim. Səni mən böyütmüşəm, mən sevmişəm.Sən mənim canımsan bala. Kamran sanki, anasının yalvarışlarını eşitmir, gözlərindən axan leysanı görmürdü. Sanki, anasının ayağı inciləndə, ayağından öpən Kamran deyildi. Bir gündə insan necə dəyişilərmiş İlahi...

-Sən mənim doğma anam deyilsən, deyilsənnnn. Kamran ağlayır bu sözləri dönə-dönə təkrar edirdi.

Bir anlığa Səmayənin gözlərinə qaranlıq çökdü.Kamranın sözləri isə kəlmə-kəlmə qulaqlarında cingildədi.Sən mə-nim a-nam de-yil-sən. O, huşunu itirərək Kamranın ayaqlarına düşdü.

Kamran bir anlığa sussa da, Səmayəyə olan ana sevgisi susmadı. Anaa deyərək, Səmayəni qucaqladı.

Səmayə gözlərini açanda, Amini başının üstündə gördü.

O qürurlu, o əzmli Amin bir “yumaq” kimi olmuşdu. O, bir əli ilə Səmayənin əlini tutub, o biri əlini isə alnına söykəyib dərin bir fikrə getmişdi. Gözlərinin ətrafı qıp-qırmızı idi.Deyəsən ağlamışdı. Səmayənin gözləri Kamranı axtardı. Oğlunu yanında görməyən Səmayə, diksinərək yerindən sıçradı.

-Kamran, oğlum harada Amin? Kamran hardadı?

Amin Səmayənin oyandığını görüb onu qucaqlayaraq sakitləşdirməyə çalışdı.Qorxma Səmayəm qorxma Kamran otağındadı.

-Nə oldu mənə Amin? Sən nə zaman gəldin?

– Kamran zəng elədi.Anam yaxşı deyil deyəndə tə’cili olaraq evə gəldim. Gəlib gördüm ki, Kamran həkim çağırəb. Özünü gözləməlisən Səmayəm.Həkim dedi ki, ürəyin çox zəifdir. Sənə həyəcan, stres olmaz canım.

Nə oldu sənə birdən -birə?

Səmayə bildi ki, Aminin hələ heç nədən xəbəri yoxdur.

-Kamran sənə heç nə demədimi?

Yox. Nə deməli idi ki?

Səmayə əllərini üzünə tutaraq hönkür-hönkür ağlamağa başladı.

-Nə olub Səmayəm? Gözlərindəki bu kədərin, bu qorxunun səbəbi nədir?

Səmayə, Aminə sarılaraq, sakitləşməyə çalışdı.

-Kamran hər şeyi öyrənib Amin. Mənə dedi ki, sən mənim anam deyilsən. Mən sənə vaxtında dedim axı onun məktəbini dəyişək.Sən dinləmədin.

Amin Səmayəni bərk-bərk bağrına basdı və saçlarını oxşayaraq dedi.

Səmayəm, biz hara getsək də, saxladığımız bu sirr bizimlə gələcəkdi və hardasa düyün açılacaq, doğrular gün işığı görəcəkdi. Bu həyatda heç bir sirr gizli qalmayıb əzizim.Özünü ələ al.Bundan sonra bizim vəzifə və məsuliyyətimiz daha da artdı. Biz Kamrana dəstək olmalıyıq, onu yıxılmağa qoymamalıyıq.Ən əsası isə onun əsil valideyinləri olduğumuzu sübut etməliyik

Özünü buraxma Səmayəm.Məni tək qoyma. Bundan sonra bizim biri birimizə böyük ehtiyacımız var. Həmçinin də Kamranın bizə. İndi qalx ayağa, üz-gözünü yu. Kamranla bərabər söhbət edərik.

Ərinin sözləri Səmayənjn ağlına batmışdı.O, yerindən cəld ayağa qalxaraq, süfrəni qurdu və oğlunun otağının qapısını döyərək dedi.

-Oğlum, gəl yemək yeyək sənin sevdiyin yeməkləri bişirmişəm. Otaqdan Kamranın səsi gəldi.

-Gəlirəm.

Səmayə qapının arxasında bir az dayandı ki, bəlkə “ana” kəlməsini də eşidər amma, bu gün həmin kəlməni eşidə bilmədi.

Bu gün Səmayənin süfrəsində əvvəlki şadraqlıq, əvvəlki sevgi yox idi. Ev matəm evinə, süfrə isə yas süfrəsinə bənzəyirdi.

Kamran uzun-uzadı fikrə gedir, qaşığını boşqabına vurur, nələrsə deməyə çalışırdı. Bunu hiss edən Amin, sükutu pozdu.

-Kamran oğlum, yeməyini bitir oturub səninlə ciddi söhbət edək.

Kamran qaşığını yerə qoyaraq dedi.

Mən yeməyimi bitirmişəm.

Süfrə yığışıldıqdan sonra, Amin bütün olanları Kamrana danışdı və onu da bildirdi ki, doğma övladlar belə onun gördüyü sevgini görməyib.

Kamran hekayəni dinlədikdən sonra uzun uzadı susdu.

-Bir söz deməyəcəksənmi oğlum – deyərək Amin sükutu pozdu.

-Nə deyim ata?

Məni siz saxlayıb böyütmüsünüz, atalıq, analıq etmisiniz. Mən bir ömür boyu borcluyam sizə. Amma mən çalışacağam ki, öz doğma valideyinlərimi tapım. Hər kəsə “detdom” uşağı olmadığımı sübut edim.

Hansı yaşda oluramsa olum bunu edəcəyəm ata deyərək yenidən otağına qapandı.

Kamran günlərcə məktəbə getmədi, Səmayə ilə Aminin nə qədər təkid etsələr də o, məktəbə getmirdi ki, getmirdi.

Kamranın yoxluğu Laləni də darıxdırırdı. Sinifdə o, yanında kimsənin oturmağını istəmir, uşaqlardan ayrılaraq tək-tənha gəzişirdi.Dəfələrlə Kamrana zəng etməyinə baxmayaraq isə ondan cavab ala bilməmişdi. Bu gün də Lalə fikirli bir halda dərsdən çıxanda, məktəb qapısının önündə Səmayəni gördü.

-Salam Səmayə xala.Niyə burda dayanmısınız, Kamran necədir?

Səmayə Lalənin qolundan tutub bir kənara çəkdi.

-Salam qızım.Səni görmək üçün burdayam.

Mən bilirəm ki, Kamran səni çox istəyir.Bəlkə sənin sözünü yerə salmaz gedək onunla bir az da sən danış.

Uşaq özünə qapanıb, otağından çıxmır, üz-gözü tamamən solub. Mən bilmirəm nə edim qızım bilmirəm deyərək, hönkürtü ilə ağladı.

-Ağlama Səmayə xala.Kamran pis uşaq deyil, sadəcə ona zaman verin. O, çox qürurlu oğlandır.Sadəcə qüruruna yenilə bilmir mən buna əminəm.Mənim telefonlarımı da açmır, məktublarımı cavabsız buraxır.

Səmayə, titrək və yalvarış dolu səslə gedək qızım, xahiş edirəm gedək bir də sən danış deyərək, gözlərinin yaşını sildi.

-Kamran aç qapını mənəm Lalə.

Lalənin adını eşidən kimi, Kamranın ürəyi döyünməyə başladı.Qapını açıb ona sarılaraq ağlamaq gəldi içindən. Amma qüruru bunun da önünə sərhəd çəkdi.O, qapını açaraq dedi.

-Gəl Lalə gəl. Gəl iki “detdom” uşağı baş-başa verib dərdləşək.

Lalə gülümsəyərək otağa daxil olub, dörd bir tərəfə göz gəzdirdi.

-Ooooo nə gözəl otağın var imiş sənin. Elə bil bəy otağıdır.

Kamran, sən nədən narazısan hə? Evin, təhsilin hələ Amin dayı və Səmayə xala kimi valideyinləri demirəm. Onlar çox gözəl insanlardır ki…

-Səndəmi Lalə- deyərək, Kamran Laləni tərs-tərs süzdü.

Hər şeyim var, amma doğma atam-anam yoxdur Lalə. Bu həyatda nifrət etdiyim bir adın sahibiyəm “detdom” adının. Sən bilirsənmi o alçaq Sənan sənə bu adı dedikcə necə əsəbləşirdim? Hələ birinci sinifdən belə onun ağzını-burnunu dağıtmaq, öldürmək istəyirdim. İndi həmin adam, həmin sözü mənə deyəcək. Təsəvvür edirsənmi qatil ola bilərəm mən. Bu sözü üstümə almaram, mən doğma valideyinlərimi axtarıb tapacam.

Lalə Kamranın bu sözünü eşidib, səsini bir az da yüksəltdi.

Yaxşı tutaq ki, axtarıb tapdın.Nə deyəcəksən? Ayyy çox sağ olun məni dünyaya gətitib tərk etdiyiniz üçün, məni böyüdən valideyinlərim nahaq böyüdüb deyəcəksən?

Yoxsa nə?

Kamran bir az susdu və sonra sakit cavab verməyə çalışdı.Heç nə Lalə heç nə. Həyatda hər şeyin bir səbəbi var, mən də, atılmağımın səbəbini öyrənəcəm.

-Lalə, sən ananı tapsaydın nə edərdin?

Bu dəfə Ialə hirslə deyil, gülümsəyərək cavab verdi.

Sadəcə təşəkkür edərdim.

-Nəəyə görə? Kamran təəccüblə soruşdu.

-Ona görə ki, məni dünyaya gətirib və mən də belə gözəl ata-anaya sahib olmuşam.

-Elə bu?

Bəli elə bu.Mən ata-anamı yüz doğmalara dəyişmərəm.

Yaxşı sabahda dərsə gəl.Sənsiz orda darıxıram.

Kamran bu sözdən diksinən kimi oldu.

-Darıxırsan?

Darıxıram deyərək Lalə, gülümsəyib otaqdan çıxdı.

-Qızım nə oldu danışdın?

Səmayə Lalənin qolundan tutaraq soruşdu.

Danışdım Səmayə xala.Ümüd edirəm ki, sabahdan dərsə gələr.

Lalənin gözləri Səmayənin əlindəki köhnə, saralmış dəftərə sataşdı. Səmayə dəftərin, lalənin diqqətini çəkdihini hiss edərək ona uzatdı. Qızım sən çox ağıllı qızsan. Çox istərdim ki, mənim gəlinim olasan.

Al bu dəftəri sən saxla.

Bir vaxtlar Kamrana verərsən.

Lalə təəccüb dolu baxışlarla Səmayəni süzdü və əlindəki dəftəri açıb ilk səhifəsinə baxdı.

İlk səhifədə gələcəkdə doğulacaq uşaqlarının adı yazılmışdı.

Amin, gələcəkdı səninlə mənim körpələrimiz olanda.İlk uşaqlarımızın adı bunlar olacaq Oğlumuzun adı Kamran, qızımız isə Fəridə.

Öz adlarımızı da qoymaq pis olmazdı. Amma bizim adımızı nəvələrimiz yaşadacaq. Bizim sevgimiz yaşayacaq Amin və bizi də yaşadacaq.

Lalənin gözləri elə dolmuşdu ki, ağlamaqdan özünü zorla tuturdu.O, Səmayənin əlindən öpüb evdən çıxdı.

Aylar, illər ötüşürdü. Artıq Kamran da, Lalə də məktəbi bitirmişdilər.

Həmin il lalə universitetə daxil oldu.Kamran isə sənədlərini Tibb Universitetinə versə də qəbul olmağa balı çatmadı.

Səmayə isə yeni bir arzusuna qovuşmuşdu. Laləni Kamrana nişanlamışdı.

Amma, özünün səhhəti getdikcə ağırlaşırdı. Nə qədər müalicə olunmağına baxmayaraq, ürəyi sözünə baxmır, sevincinə kölgə salırdı.

Kamran isə, illər idi ki, atıldığı uşaq evinə gedir, doğma valideyinlərini tapmağa can atırdı.

O, hiss edirdi ki, Aminlə Səmayəni doğma valideyinləri qədər sevir, lakin inadından da dönmək istəmirdi.

O gün evdə abı-hava çox gözəl idi. Səmayə süfrə hazırlamış, gəlini Laləni də dəvət etmişdi. Lalənin mehriban davranışı, çoxdan soyumuş bir yuvaya istilik gətirmişdi.

Bu istilik isə, buz kimi bir telefon zəngi gələnə qədər davam etdi.

Alo- kamran gilin evidirmi?

-Bəli.

-Mümkünsə dəstəyi Kamrana verin.

-Səmayə titrək səslə Kamranı səslədi.

-Oğlum, səni istəyirlər.Onun onsuz da gücdən düşmüş ürəyi sürətlə döyünməyə başladı. Hardasa təhlükənin yuvasına yaxınlaşdıəını hiss etdi.

Kamran cəld bir şəkildə dəstəyi Səmayənin əlindən aldı.

-Alo Kamrandır?

-Bəli.

Sizi uşaq evindən narahat edirik. Doğma ananızı tapmışıq.Bu gün bura gəlir. Mümkünsə uşaq evinə yaxınlaşardınız.

Kamran nə deyəcəyini bilmədi.Bir anlığa boğazı qurudu.

-Alo-alo eşidirsinizmi?

Kamran bir anlıq yuxudan ayıldı sanki.

-Bəli eşidirəm. Saat neçə üçün?

-İki saata qədər burada olun.

-Oldu iki saata qədər oradayam.

Dəstəyi yerinə asanda, hamının gözü onun üzərində olduğunu gördü. Sanki, hər kəs anidən buz bağlamış kimi donub qalmışdı.

Gülüşlər boğazdan, sevinclər gözlərdən buz parçası kimi sallanırdı.

Kamranın doğma valideyin istəyi, isti bir yuvanı buza döndərmişdi.

Ardı var.


Metanet Duygulu
www.kafiye.net