Xatirələr dəftəri”ndən

——————

Tərtibat üçün əsgər yoldaşım Kərəm Mehdirevə təşəkkürlər!

——————-

Vətəndə öldür məni

********


Günlərim rəngbərəng biri-birindən,
Başımda dünyanın dumanı, çəni…
Qalan günlərimi alıb əıimdən,
Allahım, vətəndə Sən öldür məni!


Yerlər də, göylər də qəbsiz, duyğusuz,
Nə məni anlamaz, nə məni bilməz.
Qürbət gücələri keçər uyğusuz,
Qəribin gözləri yuxu gətirməz.


Nə yollar o yoldu,nə dağlar o dağ,
Çaylar gözlərimdən yol edər,axar.
Fərəhim daşlara bir hey çırpılar,
Min nisgil qəlbimi yandırar-yaxar.


Ötüşən bülbüllər, açılan güllər
Oxşarmı ruhumu, de, edərmi ram?
Bir vətən havası ellər, ay ellər,
Dərmanım olsa da adıma haram.


Arzular asılar kirpiklərimdən,
Fələyin gərdişi öz işindədi.
Nə məkan,nə zaman tutmaz əlimdən,
Ürəyim hicranın sərt dişindədi.


Göz dikib,boylanıb üfüqə sarı,
Mən ayaq üstündə görərəm yuxu.
Allahım,yaramı Sən özün sarı,
Çıxar da qəllbimi göynədən oxu!…..


Günlərim rəngbərəng biri-birindən,
Başımda dünyanın dumanı, çəni…
Qalan günlərimi alıb əlimdən,
Allahım,vətəndə Sən öldür məni!
Allahım,vətəndə Sən öldür məni!


Məzahir İsgəndər
İstanbul / 20.05.1998
www.kafiye.net