Kimliyimdən bəzi qeydlər…


Kimliyimlə heç öymədim özümü,
Min yaxşılıq ünvanıma olsa, nam.
Bircə şüar götürmüşəm özümə:
“Unutmayım: İNSAN oğlu İNSANam !”


Minilliklər arxasından boy verdim,
Düşmənlərin ürəyinə bıçağam.
Türk oğluyam ,nə gizlədim,nə danım
Kəngərliyəm,dədə-baba qıpçağam.


Bilmədim ki,nə vaxt çaldı qəlbimi,
Balalarım həyat gördü o qızdan.
Para idim gileyliydim dünyadan,
Bütövləşdim ,yarım gəldi oğuzdan!


Tülkülüyə kafa tutub əzəldən,
Çaqqalları doğrayıbdı qılıncım.
Disrəyimə söykək olub dağlarım,
Qayaları başım altda balıncım.


Ayaqlarım toxunan yer gül açıb,
Xeyir əkib çağrılmışam bağçıvan.
Əllərimdən naxış alıb bəzənən,
İlk yuvamdır Nəqşi-cahan-Naxçıvan.


Söz mülkünə bayraq sancıb Arazım,
Dönüb olub hər könüldə ulduzum.
Od yurdumun alovundan od alıb,
Fırçasıyla tarix yazıb Bəhruzum.


Göz açandan bu torpağın oğluyam,
Neçə igid xalq olubdur yurddaşım.
Tikə bölləm Talışıyla,Kürdüylə,
Dar günümdə onlar bacım,qardaşım!


İçimizdə çörək dostu da varmış,
Sızıldayıb məndən çoxlu pay aldı.
Ayağımı yalayanda erməni,
Dirçələndə dönüb qansız hay oldu…


Namərd əllər şaqqalayıb bölsə də,
Bilirəm ki,iki tayda bir canam.
Bu dilimi kəssələr də kökündən,
Deyəcəyəm: “Bütöv Azər baycanam!”


İldırım Əlişoğlu. 07.02.2021
www.kafiye.net