QOŞA YARPAĞIQ


Payızda saralan qoşa yarpağıq,
Birisi sənsənsə, biri də mənəm.
Kimin nə işinə qucsaq torpağı,
Qırovu sənsənsə, yeri də mənəm!


Payızda saralan qoşa yarpağıq,
Məqamsız, imkansız cılız budağıq,
Beləcə yaxınıq, həm də uzağıq,
Kədəri sənsənsə, səri də mənəm!


Payızda saralan qoşa yarpağıq,
Şükür İlahiyə , hələki sağıq,
Həyat üşütsə də , eşqlə sıcağıq,
Ətiri sənsənsə, təri də mənəm!


Payızda saralan qoşa yarpağıq,
Qışımız kandarda , yaman ufağıq,
Həyata sarılan diri çırağıq,
Məsumu sənsənsə, piri də mənəm!!!



Təvəkkül Goruslu. 08.01.2020
www.kafiye.net