AZƏRBAYCAN, ZƏFƏR GÜNÜN MÜBARƏK


Qırx dörd günə işğalçıdan öc aldın,
Azərbaycan, Zəfər Günün mübarək!
Zirvələrə bayraq- bayraq ucaldın,
Azərbaycan, Zəfər Günün mübarək!


Məğlub sanan səni dünya bildi ki,
Azərbaycan ölkə deyil dünənki,
Boynundakı indi zəfər çələngi,
Azərbaycan, Zəfər Günün mübarək!


İgidlərin qaranlığa qarışdı,
Kölgə kimi əlbəyaxa vuruşdu.
Bu ölümlə, bu olumla yarışdı,
Azərbaycan, Zəfər Günün mübarək!


Şəhid qanı qızılgüllər bitirdi,
Rayihəsi istiqlallı ətirdi.
Əsdi külək, könüllərə gətirdi,
Azərbaycan, Zəfər Günün mübarək!


Mənfur düşmən məğlub oldu, xar oldu,
Acizliyi dörd bir yana car oldu,
Elim obam yurd- yuvamda var oldu,
Azərbaycan, Zəfər Günün mübarək!


Oğulların tökdü düşmən qanını,
Qaytardılar yenə əski şanını,
Qarabağa təyin eylə xanını,
Azərbaycan, Zəfər Günün mübarək!


Sınırlardan qarı düşmən çəkilsin,
Şuşamızda Zəfər Tağı tikilsin,
Ətrafında xarı bülbül əkilsin,
Azərbaycan, Zəfər Günün mübarək!



Təvəkkül Goruslu Məmmədov.03.12.2020
www.kafiye.net