ERMƏNİZM



Dağılan şəhərlər, kəndlər deyir ki,
ermənizm fəlakət, ermənizm bəla!
Bu bəla şüuru şərə əyir ki,
Özü yer üzündə tək toplum qala!


Radikal ermənizm faşizmdən betər,
Nifrətdən yoğrulmuş, kindən doğulmuş!
İnsanlıq yol versə hər yerdə bitər,
Ordumun əliylə öndən boğulmuş.


ermənizm yalanla özünə tərif,
Düzəltmiş bu toplum tarix yaratmış.
“Böyük Ermənistan ” xülyalı hərif,
Guya ki, Tanrıdan yerə baratmış.


Xəstə təxəyyüllə yüz illərdir ki,
ermənizm topluma hakimlik edir.
Özünü yox edən pis əllərdir ki,
ermənizm erməni məhvinə gedir!



Təvəkkül Goruslu. 29. 11. 2020
www.kafiye.net