Müzəffər ordumuz


Hardasa duygular viran olmuşdu,
Hardasa ömürlər talan olmuşdu,
Ömür səhifəmiz ziyan olmuşdu,
İşıqlı sabaha apardı bizi,
Müzəffər ordumuz qurtardı bizi!!!


Dədələrin ruhu tapdaga döndü,
Həyat alt – üst oldu,dünyamız söndü,
Tarixi dəyişib torpaga gömdü,
Töhmətin əlindən qopardı bizi,
Müzəffər ordumuz qurtardı bizi!!!


Ləyaqət hissini geri gətirdi,
Düşməni sındırdı ,diri gətirdi,
Qardaş dediyimiz piri gətirdi,
Bu günə qismətmiş, tapardı bizi,
Müzəffər ordumuz qurtardı bizi!!!


Vətənə əbədi sevgi cücərdi,
Atılan mərmilər torpaq becərdi,
Hər əsgər anası igid Həcərdi,
Eyləmə ,ey dünya , gözardı bizi,
Müzəffər ordumuz qurtardı bizi!!!


23.11.2020.
Xuraman Camalqızı
www.kafiye.net