Ali Baş komandanımıza…


Sən ustadsan,ordun sənin tələbən,
Ədalətdən rişə alıb qələbən,
Tərifinə söz tapmıram,hələ mən,
Ürəyimdə nə vaxt aldın yer ,kişi
-A “nöqtə”ni NİDA edən nər kişi ?!


Üstümüzdə ağa idi qalınəl,
Soyub bizi eləmişdi yalın əl,
Dedin ,ərlik döyüşlərdə bilinər,
Qanla yazdıq: “Bu dünyada var kişi !
“A “nöqtə”ni NİDA edən nər kişi !


Bu “hayeslik” insanlığa mirgənə,
Hara qonsa,dönüb olur bir gənə,
Yumruq vurdun,Vartanlara ,
Qurgenə,Diş göstərməz sənə daha bir kişi
-A “nöqtə”ni NİDA edən nər kişi!


O,arxalı köpək oldu,qurd basdı,
Anaların ürəyindən dərd asdı,
Zopa yeyib quyruğunu bərk qısdı,
Dünyasını etdin ona dar,kişi,
-A “nöqtə”ni NİDA edən nər kişi !


Çağrışına Türk ellərim hay veib,
Şanlı ordum day Şuşadan boy verib,
Düşmənimə bombalardan “pay” verib,
O yerlərdə qazdın ona gor, kişi
-A “nöqtə”ni NİDA edən nər kişi !


Uğrumuza can qoyub hər yurddaşım,
Bir ürəyik,hamsı bacım qardaşım,
And yeridir bu Vətəndə hər daşım,
Bu birliyə Tanrı olub yar ,kişi
-A “nöqtə”ni NİDA edən nər kişi !


Tənə gördün.için yandı,dinmədin,
Kimlər səni “suçlu” sandı,dinmədin,
Ulu Öndər çığırından dönmədin,
Vallah, bunu bacarmazdı hər kişi,
A “nöqtə”ni NİDA edən nər kişi!



İldırım Əlişoğlu. / 10.11.2020.
www.kafiye.net