Ramazan Göydağlı Əbülfət oğlu. Culfa rayon Kırna kəndi.Fizuli-Cəbrayıl və Şuşa döyüşlərində iştirak edərək, qəhrəmancasına şəhid olub.Allah Rəhmət eləsin.
Dayım nəvəsi,Şəhid Ramazan Göydağlının əziz xatirəsinə


ŞƏHİD BALAM.

(Atasının dilindən.)


Qürurum and yerim igid qəhrəman,
Çiyninin üstündə dayanıb cahan.
Daha bunnan sora hər zaman, hər an,
Məzarın önündə dilsizəm, lalam,
İndi rahat uyu ay şəhit balam.


Anan səni Vətən üçün doğurdu,
Dedi böyü qoru bu el, bu yurdu.
Tanrı məkanında sənə ev qurdu,
Hər küncü bucağı bəzədi laylam,
İndi rahat uyu ay şəhit balam.


Səninçün mən deyil, bütün el ağlar,
Nakam arzuların bulaq tək çağlar.
Sənə lay-lay deyir hər gün bu dağlar,
Qoymurlar bircə an yanında qalam,
İndi rahat uyu ay şəhit balam.


Düşməni eylədin sən də dərbədər,
Dedin azad olsun Şuşa, Kəlbəcər.
Yorğanın buludlar, döşəyin səngər,
Oldu dedin təki qələbə çalam,
İndi rahat uyu ay şəhit balam.


Bu Vətən hər zaman səni edər yad,
Sinənin üstündə açar qol-qanad.
Bütün şəhidlərin oldu ruhu şad,
Artıq azad olub Fizulim, Şuşam,
İndi rahat uyu ay şəhit balam.
İndi rahat uyu ay şəhit balam.


Müəllif.Metanet Duyğulu. / 16.11.2020.
www.kafiye.net