RƏİS ŞUŞAMIZDAN XƏBƏR VER BİZƏ


Dağların başını duman alıbdır,
Arzular ümidə cığır salıbdır.
Nə vaxtdır gözümüz yolda qalıbdır,
Tükənmiş səbrimiz baxmayır sözə,
Rəis, Şuşamızdan xəbər ver bizə.



Sən ey tarix yazan böyük sərkərdə,
Olmaz məğlubiyyət sən olan yerdə.
Üçrəngli bayrağa sarılıb bir də,
De ki, düşmənimiz gəlibdir dizə,
Rəis, Şuşamızdan xəbər ver bizə.



Yol çəkir gözləri xarı bülbülün.
Düşmən əllərində solan hər gülün.
Başın uca olsun, susmasın dilin,
Yaşın Qarabağda haxlasın yüzə,
Rəis, Şuşamızdan xəbər ver bizə.


Danış, qulağımız atsın ta pasın,
De ki, düşmən artıq tutubdur yasın.
Şəhidlərin qanı yerdə qalmasın,
Efirdə bizimlə dayan göz-gözə,
Rəis, Şuşamızdan xəbər ver bizə.


Türkiyə, Pakistan səni səsləyir,
Milyonlar dayanıb bizi izləyir.
Hər sabah xalqımız tvit gözləyir,
Bir sərin su çilə ürəyimizə,
Rəis, Şuşamızdan xəbər ver bizə.


İti qovan kimi qov Paşinyanı,
Xoçalı çölündə tökülsün qanı.
Artıq bütövləşdir Azərbaycanı.
Birləşsin Naxçıvan Vətənimizə,
Rəis, Şuşamızdan xəbər ver bizə.
Rəis, Şuşamızdan xəbər ver bizə.


Müəllif.M.Duyğulu.07.11.2020
www.kafiye.net