Əsir yurduma…..


Sönübdü mənsiz ocağın,
Buz bağlayıb boş qucağın,
Göz yaşıdır hər bucağın,
Silirəm, odla silirəm
-Gəlirəm,Yurdum ,gəlirəm.


Dəlidağ alıb yara,bax,
Qırxqızımda qubara bax,
Çağırır məni Qarabağ,
Hücum təbili çalıram
-Gəlirəm,Yurdum,gəlirəm.


Qartaldım dağa sinmişəm,
“Ovun” üstünə enmişəm,
Topa, mərmiyə dönmüşəm,
Xain ürəklər dəlirəm
-Gəlirəm,Yurdum,gəlirəm.


Bizdən daşıya- daşıya,
Dözmüşük düşmən yaşaya,
Bayraq asmaqçün Şuşaya,
Ölürəm,Yurdum,ölürəm
-Gəlirəm,Yurdum,gəlirəm !


Düşmənə məzar qazaraq,
Neçə tələlər pozaraq ,
Qanımla tarix yazaraq,
Qisasımızı alıram
-Gəlirəm,Yurdum,gəlirəm!


Qəlbində ulu Yaradan,
Başında Ali Komandan,
Qurudan,sudan,havadan,
“Söz deyir” ordum,bilirəm
-Gəlirəm,Yurdum,gəlirəm !


İldırım ƏLİŞOĞLU.21.10. 2020.
www.kafiye.net