BALACA QIZCIĞAZ


Xatirələr canlanır,Gözlərimi yumantək.
Kimsə əl edir mənə,Kipriyim qovuşantək.
Balaca bir qızcığaz,Qıvrımsaç, mavi gözlü.
Əl uzadıb çağırır,Səssizcə, gülər üzlü.


Qoruyur kölgəsində,Onu ərik ağacı.
Hərdən baxır yollara,Həsrət ilə qıyqacı.
Sonra tutub əlimnən,Gedir Tejgara sarı.
Şadraq gülüşləriylə,Gətirir ilk baharı.



Sarılır ayağıma,Bənövşə, lalə, nərgiz.
Şurut bulağı səmtə,Qaçaraq enirik biz.
Oynayırıq onunla,Günəş batana qədər.
Həmin an bilmirəm ki,Necə olur qəm-kədər.


Bir bulaq tək qaynayır,Açılanda gözlərim.
Özümnən ixtiyarsız,Nəmlənir kipriklərim.
Qayıtmaq istəyirəm,O anlara yenə də.
Məni gözləyir axı,O qızcığaz Kərkidə.



Müəllif. Metanet Duyğulu. /25.10.2020
www.kafiye.net