Gətirəcək

Tanrıdan gəlməyən oğul- qız payım,
Yaşımın üstünə yaş gətirəcək,
Hələ qarşıdadır illərim-ayım,
Nadanlar başına daş gətirəcək!

Fələk dost olacaq,güləcək üzə,
Nəğmələr yazacam dağlara-düzə,
Əldə iti qələm, başlayıb sözə,
Qarşıda ömrümü xoş gətirəcək!

İblislər, şeytanlar puç olacaqdır,
Cızdığı planı heç olacaqdır,
Bu dünya üzündən köç olacaqdır,
Üzəcək boynunu baş gətirəcək!

Millətin canına qorxu salanlar,
Var üçün,pul üçün edib talanlar,
Min cürə don geyib,deyib yalanlar,
Əli dolu gedib,boş gətirəcək!

Dünya da mat qalıb şeytan işinə,
İblislər insanı vurur dişinə,
Solmaz istər dönə öz keçmişinə,
İblisə zəhərli aş gətirəcək!


Solmaz Şirvanlı
29-06-2020
www.kafiye.net