ŞƏHİD ƏSKƏR DASTANI


MƏKTƏBİMİZİN ADINI DAŞIYAN AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI , ŞAGİRDİMİZ MİRƏSGƏR SEYİDOVA HƏSR ETDİYİM “ŞƏHİD ƏSKƏR DASTANI”POEMAMDAN BİR HİSSƏ:
*
Eşidib xəbəri kənd adamları,
Kiçikdən böyüyə qara bağladı.
Demirəm atası,anası,yarı,
Bu dərdi büsbütün vətən ağladı.
*
Alındı dığadan onun meyidi,
Üç gün ölümündən sonra alındı.
Düşmənin xisləti nə iyrənc idi?
Gör neçə ürəyə dərd-qəm salındı..
*
Dağlandı doğmalar Əsgər dağıyla,
Bu ağrı bir kəndin qəlbini dəldi.
Gedəndə getmişdi öz ayağıyla,
Gələndə tabutda,çiyində gəldi.
*
Qucdu bu tabutu Zenfira ana,
Dedi:- Mən olardım sənin yerində.
Ölüm gətirəcək bu kədər cana,
Sağalan deyildir,o lap dərində.

*
Yoldu saçlarını,boyandı qana,
Soldurdun bağçamı,bağı söylədi.
Cəmi üç-dörd ağı bilən mərd ana,
Sinədən nə qədər ağı söylədi..



Nazlı Hacılı

www.kafiye.net