VARLIĞINI


Varlığını heç dadmadım var kimi
Səni sevdim bu ömürdə yar kimi
Həm acısan həm də mənə bal kimi
Yoxluğuna çox alışıb çox yandım
Dözüm yoxdur daha mən də usandım.

Yar olmadım bir kimsəyə dünyada
İsinmədim nə qohuma nə yada
Bircə ləkə düşmədi bil bu ada
Yoxluğunu varsan kimi yaşadım
Daha yoxdur dözüm, mən də usandım.



Nahidə Tagıyeva Qurbanova
7.06.2020
www.kafiye.net