GOZƏ GƏLDİK

Əsla inanmazdım bu sevgi bitər
Bəlkə, həqiqətən, biz gözə gəldik.
Bilmirdik qəm nədir, uzaqdı kədər,
Bəlkə, həqiqətən, biz gözə gəldik.

Zəhərə bal dedik, bilərək içdik,
Səninlə nə qədər sədlərdən keçdik,
Hər kəsi unudub biz eşqi seçdik,
Bəlkə, həqiqətən, biz gözə gəldik.

Qısqandı sevənlər bu sevgimizi,
Qoruya bilmədik saf eşqimizi,
Nümunə çəkirdi sevənlər bizi.
Bəlkə, həqiqətən, biz gözə gəldik.

Bu yolda nə qədər həsrət çəkmişdik,
Gözümüzdən leysan yaşı tökmüşdük,
Vüsala çatmaqçün nələr etmişdik,
Bəlkə, həqiqətən, biz gözə gəldik.

İndi bu dünyada iki yadıq biz,
Sanırdım, heç ayrı vurmaz qəlbimiz,
Biz niyə ölmədik, öldü sevgimiz,
Bəlkə, həqiqətən, biz gözə gəldik.?!



Səadət Rzayeva Qərib
www.kafiye.net