Qəfəs


Ramla tezdən zəng edərək,
Hönkür-hönkür aglayırdı,
Dedi,
— Nənə, dərdim böyük,
,,Cünqarik”im vəfat edib…
Oyanmadı, bərk yatmışdı.
Anam dedi, sizin Xamyak,
Torpaq üçün darıxmışdı.
Aglasam da baxmadılar,
Bir bıçagın ucu ilə,
Çala qazıb, basdırdılar.
Gözlərini açammadı,
Lap ürəyim paralandı.
Dedim,ata, darıxacaq?
Qaranlıqdan qorxmayacaq?
Dedi,
— torpaq ona hayan,
İndi niyə aglayırsan,
Kimiydi onu burda sayan?
Atıb-tutub oynatmaqla,
Boş qarını doydurmaqla,
Başqa ona nə verdik ki?
Quru saman, bir dar qəfəs…
Ürəyindən keçənləri,
Bildikmi bəs?
Ancaq torpaq verər nəfəs.
Nənə, bu gün agır günüm,
Qəfəs boşdür, necə dözüm?
Babama de, məni götür…
Dedim,
–Qızım,aglama bax,
Bir Cünqarik alıb yenə,
İndi sənə gətirərəm.
Dedi:
–Daha istəmirəm,
O torpagın istəmişdi,
Dar qəfəsə dözməmişdi.
Siz hamınız bilsəniz də,
Biriniz mənə deməmişdi.




30.05.20.

Feride Köçerli İbrahimova
www.kafiye.net