Hər vaxtınız xeyir olsun,dostlar.


Birlikdən danışırıq, düşmənə qalib gəlmək üçün biri-birimizin arxasında dayanıb, səfərbər olmalıyıq, deyirik.


Vətərpərvərliyin özü də evimizin içindən başlayır…bura da bizim vertual evimiz kimidir–dostlar, fikirlərimizi bölüşmələr, hələ dərdlərimizi də yazırıq…


Bölüşdüyümüz fikirlərə münasibət bildirildikcə,təbii ki,hamımıza xoş olur.


Kim deyirsə,layk üçün yazırsaan?Düz demir.
Çünkü layk özü insana stimul,rəylər isə bir yöndəm verir…


Ən əsası dostların diqqəti hamımza önəmlidir…
Hə, birlikdən danışırdım, özünü görməməzliyə vurub keçən dostlar,hamımızın dərdindəndir yazdıgım cızma-qaramı, guya görmədən keçirsiz, ən azından pritenziyanı de, məndən çoox yuxarı yazırsansa, ya da birlik xatirinə, axı eyni dərddən yazılan məhsuldu bəyənmədiyin.


Mənim giley etmək deyil məqsədim, məqsədim budur ki, özümüzə xayinik, öz kəndçinizə, öz viran qamış rayonlunuza tanıdıxlarınıza. Bu birliklə hara gedirik,bu qruplaşmayla nə yazıb üzə çıxartmalı olacaxsız?
Bir neçəsinə məəttəl qalıram;Yaşları,başları uşaq da deyil… düzlükdən, səmimiyyətdən, diqqətdən danışan,, dost”,qarnının agrısı nə?


Çıxart dostluqdan, görmək istəmədən keçirsənsə.Mən niyə çıxarmıram belələrin? Çünkü onları kənardan müşaiyyət etmək də çox şey öyrədir insana… çox danışdım, fikrimi bəlkə də çatdıra bilmədim. Onu çatdırmaq istəyirəm ki, yaxşı olmasan da yaxşılara qoşulmaq vaxtıdır.


Allah mənə laqeyd dostlardansa,diqqətli düşmən nəsib etsin.


Dəyərli dostlarımı Allah qorusun.


Fəridə Köçərli Köçerli
www.kafiye.net