Bilirsen


Bilirsen mən hələ uşaq olanda
Qorxurdum nəyisə itirəm deyə.
Bir rəngli karandaş,saç sancağını
Necə qoruyardım itməsin deyə.

Tökərdim önümə gündə yüz dəfə
Rəngli karandaşı,say çubuqların
Sayardım sayları düz gələn kimi
Yığardım yerinə birdə onları.

Elə ki böydüm artdı qorxular.
İtirmək qorxusu canımı aldı.
Bütün sevdiklərim ölməsin deyə
Əllərim Allaha doğru uzandı.

Döyündü ürəyim qəfil zənglərdən.
Əllərim getmədi dəstəyə sarı.
Yalvardım Allaha sən al canımı.
Bircə sevdiklərimə toxunma barı.

Anladım həyatda ən dəyərli şey,
Rəngli karandaşla pozan deyilmiş.
Dünyada ən əziz ata,,anamız
Canından bizlərə can verən imiş.



Nahidə Tagıyeva Qurbanova / 12.05.2020
www.kafiye.net