MƏNƏ DEYİRSƏN Kİ

Mənə deyirsən ki sevmirəm səni
Bəs niyə gözlərin həsrətlə baxır
Hər sənə baxanda sənin gözündən
Bəs niyə qəlbimə bir sevgi axır

Mənə deyirsən ki sevmirəm səni
Nədən gizlin-gizlin məni gəzirsən
Dayanıb hər zaman yolumun üstə
Nədən yollarıma sən göz dikirsən

Mənə deyirsən ki sevmirəm səni
Məni dost-tanışdan onda soruşma
Hər gecə yatanda yuxuma gəlib
Mənim yuxuma da gəlib qarışma


Nahide Tagiyeva Qurbanova / 6 Mayıs 2016
www.kafiye.net