şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
DAĞLARIN.
Hər yerdə əriyib suya dönübdür,
Quzeydə qalıbdır qarı dağların.
Daim zirvəsinə qartal enibdi,
Lalədir,nərgizdir barı dağların.
**
Qəmli görünəndə qəlb qubar verir,
Dağlar verdiyini çox kübar verir,
Bağlar alma verir,bağlar nar verir,
Vüqardır,qürurdur varı dağların.
**
Mehrindən,sehrindən eşq hopur qana,
Havası məlhəmdir,güc verir cana,
Sürünür düşməni çalmaqdan yana,
Ondan zəhərlidir marı dağların..
**
Qeyrətlə qoruyur torpağın,daşın,
Yaşı da bəllidir ,gizlətmir yaşın,
Dağlar ona görə dik tutur başın,
Ucadır namusu,arı dağların..
Nazlı Hacılı.
www.kafiye.net
Yorum Yapın