Quşların Nəğməsi



Bu yaz bənzəmədi o birlərinə.
Quşların nəğməsi bu yaz ötmədi.
Nərgiz,bənövşəni xallı Laləni,
Mən görə bilmədim,yoxsa bitmədi?

Çalmadı,davullar ,zurnalar bu yaz,
Heç toy karvanları gözə dəymədi.
Ağ gəlinlikləri geyinib qızlar
Vağzalı altında gəlin köçmədi.

Yığıb nəvələri yenə başına
Nənələr bağçada təndir çatmadı.
Şirin nəvələrin adına bir -bir
Nənələr təndirə kökə yapmadı.

Bu yazın sevincdən olmadı payı.
Bəxtinə sevgiən kasadlıq düşdü.
Bu yaz bənzəmədi o birlərinə
Ömrü bu yazın da belə ötüşdü.


Nahidə Tagıyeva Qurbanova / 20.04.2020
www.kafiye.net