ATAMIN ÖLDÜYÜ GÜN…YANVARIN 23-ü.
Dünyasın dəyişən valideyinlərə Allah rəhmət eləsin.

Məzar daşl.
Laçın adlı vətənimiz varıydl onda…
Atam-Novruzov Köçəri İsgəndər oglu dünyasını dəyişdi …23yanvar .
Qolum,qənədim arxam yox oldu,elə bildim..
Sən demə,ölümdən də agır itki varmış…
Qardaşım Bakıda yaşayırdı.Atamın məzarı üçün daş sifariş vermişdi .Daş hazır olan vaxt ,Laçınımızdan didərgin düşməyimiz atamın
məzar daşı qardaşımın həyətində anamdan gizlədildi..
Mənim anam da hamı kimi,sakitləşə bilmirdi ki,
nə vaxt qayıdacaqlar torpagımıza,əsir məzarlarımıza…
Onlara demişdilər ki,uzagı bir həftəyə qayıdacaqsınız evlərinizə…
Qardaşımın həyətindən təsadüfən atamın məzar daşın tapan günü anam deyirdi ki,elə bilirəm atanız təzədən öldü…
Anam bütün dərdini,torpagımızdan necə qovulmalarını,evsiz-eşiksiz qalmagını hamısını o qara daşa danışırdı-atamın məzar daşına…
Belə davan edə bilməz-dedi qardaşım…
Anam razılaşdı ,daşln həyətdən götürülməyinə ,
bir şərtlə-
Daşı bir qəbirsanlıqda basdır .Laçına qayıtsaq,özümlə aparacam,qayıtmasaq,məni o məzar daşının yanında dəfn edin-söylədi anam.
…İllər keçdi,…nə Laçına qayıtdıq,nə də atamın məzar daşın unutduq…
Anamı həmin üstünə atamın şəkili ,soy adı döyülmüş sahibsiz məzar daşının yanında dəfn etdik…
Cox agır olsada ,atamın dünyasın dəyişən gün-hər il ora,o boş daşı ziyarət etməyə gedirik…
Deməyim odur ki,
Toxtaqlıqdır məzar daşı.
Allah dünyasını dəyişən bütün valideyinlərə rəhmət ,övladlarına səbr versin.
Vətəninə,məzarlarına həsrət qalanlara
SƏBR VERMƏSİN ,bəlkə gecdə olsa gedib onlara qovuşa bilək.
– Atamın əsir məzarına –

Yaman darıxmışam…gör neçə ildir
Mən səni ziyarət etmirəm,Ata!
Yatmaq istəyirəm,yuxuda,bəlkə
Laçına, yanına qayıdam,Ata!
Bu geçə yuxuda axır sənləydim…
O soyuq məzarın yaman donmuşdu.
Yağı nəfəsindən,düşmən dagından
Elə bil torpaq da bizdən soymuşdu.


Fəridə Köçərli Köçerli
www.kafiye.net