SƏNİN



Sərv qamətinə,boyuna qurban,
Bu gün bəhs edəcəm boyundan sənin.
Qəlbinin məhəbbət layına qurban,
Yəqin bu bağlıdır soyundan sənin.
**
Hərdən şər olanda aramızda yox,
Qeybətin gözünə ox batıbdı,ox,
Mən dana bilmərəm çox olubdu,çox,
İçmişəm mehrinin suyundan sənin.
**
Müdrik kəlamları sırğa etmişəm,
Namərd düşüncəylə qovğa etmişəm,
Ruhumu ruhuna siyğe etmişəm,
Mən də su götürüm quyundan sənin.
**
Yaxın gəl,hicrana ta dözümüm yox,
Saf-çürük etmişəm ,heççözümün yox,
Hamının xəbəri var,özünün yox,
Başına açılan oyundan sənin.
**
Hacılı duyubdur o göz sevgini,
Həm baxış anladıb,həm göz sevgini,
Mini dünya versə,sən öz sevgini,
Heç nə əziz olmaz payından sənin.

Nazlı Hacılı
www.kafiye.net