Zamana Yetmişik


Gəlib nə zamana yetmişik Allah
Bəndən küçələrdə çörək dilənir.
Əl açır önünə hər gəldiyindən,
Acından ölürəm çörək ver deyir.

Evlər buz bağlayıb,qazan qaynamır.
Südü çəkilibdir neçə ananın,
Ovutmur nə layla nə də şirin söz
Acından ağlayan körpə balanı.

Əllər qoyunlarda , boyunlar bükük.
Çöküb simalara ölümün rəngi.
Yoxdur ümid yeri , nə də bir işıq
Pozulub həyatın burda ahəngi.



Nahidə Tagıyeva Qurbanova / 12.04.2020
www.kafiye.net