Yene Gece


Çəkib yuxumu ərşə
Yenə gecə olub lal.
Hər tərəf ölüm qoxur.
Dünya özü hal -ba-hal.

Dünya da can üstədir
Kəsiləcək nəfəsi.
Elə kiçik olub ki
Onun da gen qəfəsi.

Can çəkişir, nə vaxtdır
Ölüm, qalımdır söhbət.
Çəkməyib nə zamandı ,
Başı belə müsibət.

Bir yanı qan dənizi.
Bir yanı cəsəd dolu.
Heç görsənmir deyəsən,
Bu müsibətin sonu.


Nahidə Tagıyeva Qurbanova / 13.04.2020
www.kafiye.net