SIZLAMAQ, AĞLAMAQ DEYİL, QƏLƏBƏ

Vətən, zəbt edənə, dönsə tapdağa
Qeyrəti olan kəs silah götürər.
Axsa əgər, şəhid qanı torpağa
Azadlıq adında məhsul gətirər.

Boyun əysən bil ki, incidəcəklər,
İnsana mərdliyi verən ürəkdi.
Demə, firavanlıq bəxş edəcəklər
Onu verən yoxdu, almaq gərəkdi.

Didərgin olaraq ellərə düşüb
Vətənsiz, vətəni sevən olmuşuq
Ağrılı, acılı illər ötüşüb
Ümidi itirib çaş -baş qalmışıq.

Bayatı deyəndə, şeir qoşanda,
Nisgilli misralar düşübdü dəbə.
Gedəni qaytarar millət, coşanda
Sızlamaq, ağlamaq deyil qələbə.



Mübariz Hüseyn Borçalı
www.kafiye.net