Daşın gözlərinə bulud köçürüb
Göyün göy üzünə qənim kəsirəm
Çiçəklər üstünə hücum çəkərək
Xırda toxumalara nəmi əsirəm
Bulud mən olmuşam.

Çaxıb ildırımlar çəpər-çəpərə
Açır ozan qatı günə pəncərə
Çiçək damarları mən qopan yerə
Düşür nə sirrəm, əsirəm
Rengə dolmuşam.

Yerdə ağ torpağın göydə çələngi
Dənizin yovsunu, gölün lil əngi
Dünya doğmalığı, aləm külüngü
Özümə xitabım, sultan, ər, İrəm
Dünya yonmuşam.




Gülnarə İsrafil.

www.kafiye.net