ŞİİRLERDE

Bütün kişilər bir- birinə bənzəyir
elə bütün qadınlar da
şeirlər də
eyniyyət.
Şəhər işıqları fərqlənir,
səhər-axşam da.
Fərqiyyət
belə səslənmir ehtimal ki…
Əllərim üşüyür bu an.
Ən qəribə bucağında yol gedirəm dünyanın.
Cəza ömrü yaşayıram elə bil..
Elə bil ki, mən bu gün həyatdayam;
yaşayıram-
yaşamıram yeriyirəm, nəfəs alıram.
Qırmızı işıqfora oxşayır
maşınların tərs istiqamət irəliləməsi.
Mən düzünə tərs gedirəm
Halicioglu dayanacağında.
Şeir yaşantıdır,
mən, qovluq tuturam günlərimdən.




Gülnarə İsrafil

www.kafiye.net