Qulam əmi

Bir ovuc torpaq udmuşun,
içində qan tüstüsü var.
Nə hoyuru, can isidir,
Göz üşüdən gözdüsü var
Ocağı çat, Qulam əmi.

Adam qala torpağına,
Ərit, ürüt qor bağına,
Düşür, bişir qundağına,
Mən bir çaxmaq qulam, əmi,
Ocağı çat, Qulam əmi.

Bu gün getdi saman ilə,
Ömrü daddın, yavan elə,
Xarabanı yuvan elə,
Bir ağacam, dalam, əmi,
Ocağı çat, Qulam əmi.

Dolan, gəzin başına bax,
Kitabına, daşına bax,
Ölən qışın yaşına bax,
Ölən mənim balam, əmi,
Ocağı çat, Qulam əmi.

Sinə ağdır, ölüm sağdır,
Büküb, kəsib, yonub, sığdır,
Mənə yeni ömür yağdır,
Mən yolçuyam, yolam əmi
Ocağı çat, Qulam əmi.

Elə yanım külümü sor,
Nəfəsimlə dilimi sor,
Sor günümü, ilimi sor,
Çətin burda qalam, əmi
Ocağı çat, Qulam əmi.

Gülnarə İsrafil.
www.kafiye.net