ÖZÜNÜ DƏYİŞ

Odlu ehtirasın, soyuq əməlin,
Tufan yaradaraq, qarşımdan əsdi.
İzindən çıxaraq yol kəsən qəlbin,
Aramla getməyib niyə tələsdi?

Özün yaratmışdın, öz əməlinlə
Elin sənə qarşı söz – söhbətini.
Bilmirdin deməli, bar ağacında
Vaxtsız yetişənin aqibətini?

Çirkab sular belə, axsa pak olar.
Həyat axarına düş, qədrini bil
Olub keçəninə indisə göz yum,
Kimi sevə bilsən, heç vaxt gec deyil.

Mübariz Hüseyn Borçalı
www.kafiye.net