ÜCA TUTAQ, MÜƏLLİMƏ HÖRMƏTİ

Aqil kəsə, hamı müəllim deyib,
Önündə sultan, şah təzim eyləyib,
Hətta, özü öyrədənə baş əyib
Gəl qoruyaq, unudulan adəti.
Uca tutaq, müəllimə hörməti.

Deyərlər ki, təbiətdə saf, sudur.
İnsanlıqda paklıq rəmzi bax, odur!
Adı ilə, sənətini bir tutur.
O, ki, qoymur etdiyinə minnəti,
Uca tutaq, müəllimə hörməti.

Tək anadır, suallara hey dözüb.
Müəllim də şagirdinə can üzüb.
Dəfələrlə izah edib, nə bezib.
Çəkirsə də hər qayğını, möhnəti.
Uca tutaq, müəllimə hörməti.

Elm öyrənən, heç vaxt qalmaz kölgədə.
Yer üzünə hakim olur, bəlkə də.
Mərd oğullar yetişdirən, ölkədə
Əyilməsin şan – şöhrəti, qüdrəti.
Uca tutaq, müəllimə hörməti.

Mübariz Hüseyn Borçalı
www.kafiye.net