İNCİMƏ ÜRƏYİM

İncimə ürəyim, səni çox incitmişəm,
Səni gözlərimin önündə illərdi sanki
heç görməmişəm .
Nə gündüzün gündüz olub ,
nə gecən ,gecə…
Sənə dərd vermişəm hər fürsətdə
gizlicə-gizlicə,
Hıçqırıq içində döyünmüsən hey ,
İçin-için yanmısan, yaxılmısan.
Hər dəfə dərd qəfəsinin
bir küncünə sıxılıb qalmısan..
Qoymaram bundan belə alışasan, yanasan,

Bir də dərd qoxusu olan terefe boylanasan.
Bir rahatlıq tapıram her defe sən aramla,
inamla döyünəndə.
İçimde böyüyürsen , seninle öyünende.
Bezen ele bil dərin bir boşluq içindəyəm,
sanki zaman durub ,dayanıb, Sanıram ki
menim gözümde sevgi,
səndəsə qerib bir ruh oyanıb.
Bezen düşünürəm dünya kimiyəm,
sanki ta qedimden düşüb qalmışam,
Bəzən də sanıram,
Heç 
dünyaya gəlməmişəm,
Heç doğulmamışam.
Ruhumdan bahar düşüb
xezan olub duyğular,
İçimi qurdtək yeyir tükənməyən sorğular.
Yalnız Azan sesində tapıram sevgimi,
öz menliyimi-
Seni çox sevirem Allahım…
Yalnız o müqəddəs səsdə
Tanıtdın kimliyimi …

Seadet Qerib Rzayeva
www.kafiye.net